Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2021

Allahın rəhmətinə ümidvar olmaq

Ey Allahın peyğəmbəri, sənin Rəbbin zalımdır, ya adil?
Bir qadın Həzrət Davudun (ə) yanına gəldi və dedi: - Ey Allahın peyğəmbəri, sənin Rəbbin zalımdır, ya adil?
Davud (ə) peyğəmbər buyurdu: Allah elə bir adildir ki, heç vaxt zülm etməz.
Sonra buyurdu: Məgər sənin başına hansı hadisə gəlib ki, bu sualı soruşursan?
Qadın dedi: Mən dul qadınam və üç qızım var. Əlimlə toxuculuq edirəm. Dünən toxuduğum şalı bir parçanın arasına qoyub, satmaq üçün bazara aparırdım ki, onun pulu ilə övladlarımın azuqəsini alım. Gözlənilmədən bir quş gəldi və o parçanı əlimdən qapdı, apardı. Əli boş və kədərli qaldım. Uşaqlarımın dolanışığını təmin etmək üçün heç nəyim yoxdur.
Hələ qadının sözü bitməmişdi ki, Həzrət Davudun (ə) evinin qapısı döyüldü. Həzrət evə giriş icazəsi verdi. Gözlənilmədən on nəfər tacir Həzrət Davudun (ə) yanına gəlib hərəsi yüz dinar (cəmi min dinar) həzrətə təqdim etdilər və dedilər:
-Bu pulları ehtiyaclılara verin.

Həzrət Davud (ə) onlardan soruşdu:
-Sizin bu məbləği birlikdə gətirməyinizin səbəbi nədir? Dedilər:
-Biz bir gəmiyə minmişdik. Bir tufan başladı. Gəmi zərər gördü. Az qalırdı gəmi batsın və biz hamımız qərq olaq. Qəfildən bir quş gördük. O, bizə tərəf qırmızı rəngli parça bir bağlama atdı. Onu açdıq. Orada toxuma bir şal var idi. Onunla gəminin zərər çəkmiş yerini möhkəm bağladıq. Gəmidən təhlükə sovuşdu. Sonra tufan yatdı və sahilə çatdıq. Biz təhlükə anında nəzir etdik ki, əgər xilas olsaq, hərəmiz yüz dinar verək. İndi hərəmiz yüz dinar olmaqla, min dinarı sənin hüzuruna gətirmişik ki, kimə istəsən, ona sədəqə verəsən.

Həzrət Davud (ə) qadına döndü və buyurdu: Sənin rəbbin sənə dənizdən hədiyyə göndərir, amma sən onu zalım adlandırırsan?!
Sonra min dinarı qadına verdi və buyurdu: Bu pulu uşaqlarının dolanışığına xərclə. Allah sənin halına və güzəranına başqalarından daha agahdır.


1113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP