Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2021

ABŞ-ın beyin mərkəzi: İran Hörmüz boğazında hərbi gücünü nümayiş etdirir

Amerikanın beyin mərkəzi “Middle East” İranın Fars körfəzi və Hörmüz boğazındakı hərbi gücünü etiraf edib.


“Middle East” İnstitutu yeni təhlilində İranın Fars körfəzi və Hörmüz boğazında hərbi gücünü təhlil edib və bu boğazı bağlamaq üçün cəmi 300 minaya ehtiyac olduğunu, ABŞ-ın qısa zaman ərzində bu təhdidlə mübarizə apara bilməkdə tamamilə aciz olduğunu bildirərək vurğulayıb: “Əlbəttə ki, Fars körfəzində əsas təhlükə İranın müxtəlif mənzilli gəmi əleyhinə raketlərinin artan arsenalıdır.”

Beyin mərkəzi araşdırmasının digər hissəsində İranın hərbi dəniz gücünü geniş izah edərək yazıb: “Hörmüz boğazı qlobal neft və təbii qaz təchizatı üçün dünyanın ən mühüm dəniz boğazlarından biridir. Bu boğazda dənizçilik azadlığı məsələsi uzun müddətdir gərginlik mənbəyi olub. İranın Hörmüz boğazını bağlamaq cəhdi çox çətin görünsə də, son üç ildə baş verənlər göstərdi ki, İran Qərblə hərbi qarşıdurma riskini artırmadan yenə də bu boğazda problemlər yarada bilər.”

“Middle East” İnstitutu qeyd edib ki, İranın bu istiqamətdə müxtəlif vasitələri vardır, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun donanmaları vasitəsilə minlərlə mina, silahlı sürətli qayıqlar və kiçik sualtı qayıqlardan faydalana bilər. İranlılar Fars körfəzi və Hörmüz boğazında öz üstün hərbi güclərini dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi göstərirlər.

Beyni mərkəzi yazıb: “İran Fars körfəzində yaxşı mövqeyə, ən uzun sahil xəttinə və demək olar ki, praktiki nəzarətə malik olan iki ölkədən biridir. İranın Hörmüz boğazına gedən bütün gəmi yollarına çıxışı var.”
Hesabatda bildirilir ki, SEPAH donanması öz missiyalarını yerinə yetirmək üçün ənənəvi və qeyri-ənənəvi, dini motivli missiyaların birləşməsindən istifadə edir. İran üçün ən asan və ən təsirli yol minaların çəkindirici və psixoloji təsiri, hətta minalamaq təhdidi ilə gəmiçilik xətlərini və su yollarını bağlamaqdır.
Bəzi müşahidəçilər hesab edir ki, Hörmüz boğazının bağlanması üçün bir neçə il ərzində cəmi 300 mina yerləşdirmək kifayət edir. ABŞ hərbi dəniz qüvvələri isə qısa və orta müddətli perspektivdə bu təhlükəyə cavab verməkdə tamamilə acizdir. Şübhəsiz ki, Fars körfəzində əsas təhlükə İranın müxtəlif mənzilli gəmi əleyhinə raketlərinin artan arsenalıdır.
Analitik mərkəz təhlilin başqa hissəsində yazır ki, sürətdən əlavə, İran raket buraxma qabiliyyətini də təkmilləşdirməyə çalışıb.

Bu yaxınlarda Amerika nəşrlərindən biri yazmışdı ki, İranın Hörmüz boğazında ən təsirli və sübut olunmuş silahı, dəniz minalarıdır. “National Interest” ABŞ-ın Hörmüz boğazını keçərkən Fars körfəzində Amerikaya aid təyyarədaşıyan gəmisi yaxınlığında İranın raket sınaqdan keçirməsi ilə bağlı son iddiasına toxunaraq, İranın ABŞ-ın güclü hərbi gəmilərini batırmaq qabiliyyətinə malik olduğunu vurğulayıb.


1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP