Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2021

BMT-də sionist rejiminin əleyhinə 6 qətnamə qəbul edildi

Sionist rejiminin Fələstin xalqına qarşı təcavüzünü davam etdirməsi ilə eyni zamanda BMT-nin Baş Məclisinin 4-cü Komitəsi ABŞ, Kanada və İsrail təmsilçilərinin etirazına baxmayaraq, sionist rejiminin əleyhinə 6 qətnamə qəbul edərək bu rejimin Fələstin xalqının insan hüquqlarının sistematik şəkildə pozmasını, Fələstin vətəndaşlarına, xüsusən də Qəzza zolağının sakinlərinə qarşı onların qətlə yetirilməsi və yaralanması ilə nəticələnən gücdən istifadə etməsini, Şərqi Qüds və Qolan də daxil olmaqla bir sıra ərazilərdə qanunsuz qəsəbə salmasını pisləyib.
Qətnamələrdə həmçinin Qəzzənin quru, hava və dənizdən mühasirəsi, işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin salınması, işğal olunmuş ərazilərdə məskunlaşan yəhudilərin Fələstin vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri, eləcə də evlərin dağıdılaması, fələstinlilərə qarşı qanunsuz və özbaşına həbslər pislənilib, fələstinli köçkünlərin öz evlərinə qayıtması üçün şərait yaradılmasına təkid olunub.
Suriyanın Qolan təpələri ilə bağlı qətnamədə sionist rejimindən BMT-nin Qolan təpələri ilə bağlı qətnamələrinin yerinə yetirilməsi və bölgənin işğalına son qoyulması tələb olunub. Habelə, sionist rejiminə Suriyanın Qolan sakinlərinə İsrail vətəndaşlığı verilməsi qadağan edilib.
Digər qətnamələrdə fələstinli qaçqınların acınacaqlı sosial və iqtisadi vəziyyətinə və BMT-nin Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) son dərəcə kritik vəziyyətinə istinad edərək, bütün ölkələr, ixtisaslaşmış qurumlar və qeyri-hökumət təşkilatları UNRWA-nın məcburi köçkün fələstinlilərə yardım səylərini dəstəkləməyə çağırılıb.


1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP