Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2021

RUHANİLƏRİN ŞANTAJ EDİLMƏSİ YENİ MƏSƏLƏ DEYİL

SAVAK-ın Ayətullah Fəlsəfini nüfuzdan salmaq planı
SAVAK-ın Ayətullah Fəlsəfini nüfuzdan salmaq planı

Ayətullah Fəlsəfi Ayətullah əl-uzma İmam Xomeyninin (rə) rəhbərlik etdiyi İslam İnqilabı yolunda fəaliyyətlərini artırmışdı.
SAVAK-ın (Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) o zamankı rəisi Ayətullah Fəlsəfiyə dedi: “Yanaşmanızı dəyişin və tənqidi dayandırın. Minbərə çıxın, amma normal. Əgər qəbul edib bizə söz versəniz, çox yaxşı; ancaq qəbul etməsəniz, bir foto çəkilib ki, sizin heysiyyətinizə xələl gətirəcək”.

Ayətullah Fəlsəfinin SAVAK-ın o zamankı rəisinə şok cavabı
Nəsiri şəkli göstərəndə, mən tam soyuqqanlılıqla dedim: “Çox yaxşı, siz bu saxta fotonu hazırlamısız; amma məlumatınız üçün iki-üç cümlə deyim: Mənim tənqidim “yaxşıya dəvət və pisdən çəkindirmə” adlı dini bir vəzifədir. Mən günahları, İslam və müsəlmanların mənafeyinə zidd olan şeyləri tənqid edirəm. Əgər mənim minbərimin qarşısını alsanız, mənim bu işdə xüsusi vəzifəm qalmayacaq, amma minbərə çıxsam, bu dini vəzifəni mütləq yerinə yetirməliyəm. Bütün insanlar dini vəzifəmi yerinə yetirməyimi gözləyir. Odur ki, paylaşmaq istədiyiniz fotoya baxmayaraq, mən öz vəzifəmdən əl çəkməyəcəyəm.
Allah bilir ki, sözügedən şəkil dərc olunandan sonra mənə bir dəfə də olsun ədəbsiz, nalayiq söz demək üçün bir telefon zəngi də olmadı, əksinə, hər kəsdə mənə rəğbət, SAVAK-ın insanlığa zidd hərəkətinə isə nifrət və ikrah hissi yarandı. Ona görə də bu iş SAVAK-a əks effekt verdi.

SAVAK-ın montaj fotosunda Höccətül-İslam Fəlsəfi yarıçılpaq qadının yanında göstərilirdi. SAVAK bu fotonun böyük tirajla çoxaldılmasını və SAVAK vasitəsilə əyalət mərkəzi və şəhər başçıları, millət vəkilləri, universitet professorları, nəşriyyat redaktorları, məscid imamları, tanınmış din xadimləri, bazar adamları və başqaları kimi tanınmış və nüfuzlu hökumət və qeyri-hökumət şəxslərinə paylanmasını əmr etmişdi. Bu fotoşəkillərin təyinat yerində alınmasını təmin etmək üçün SAVAK-ın üçüncü idarəsinin rəisi, Höccətül-İslam Fəlsəfinin çıxışından üç gün sonra (18.01.1972) "Çox təcili" və "Məxfi" başlıqlı məktublarla bütün SAVAK idarələrinə göndərildi. Habelə, onları mərkəzi SAVAK-la əlaqədə saxlayaraq, fotoşəkillərə senzura qoymamağı, göndərməyə mane olmamağı və alanların reaksiyasını bildirməyi əmr etdi.


1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP