Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2021

Hacızadə: Sionist rejimi əlimizə bəhanə versə, məhvi irəli düşəcək

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı İslam Respublikası PUA-larının bu gün düşmənlərin gözünə tikan olduğunu və bu səbəbdən də onu məhdudlaşdırmağa səy etdiklərini bildirərək deyib: “Düşmənlər illərlə silah embarqosu sahəsində cəhd göstərdilər və silah idxal etməyə imkan vermirdilər, lakin heç bir nəticə əldə edə bilmədilər.”

General Əmir Əli Hacızadə şəhid Həsən Tehrani Müqəddəm və SEPAH-ın hava qüvvələri şəhidlərinin anım mərasimində deyib: “Bugün ölkənin təhlükəsizliyi nümunəvidir və gücümüzün həddi haqda danışmağa lüzum yoxdur. Düşmənlər özləri bu barədə kifayət qədər danışırlar və raket gücümüzlə bağlı müzakirəyə oturmağımızı istəyirlər.
Bu gün İslam Respublikasının dronları düşmənlərin gözünə tikan olub və onu məhdudlaşdırmağı istəyirlər. Düşmənlər illərlə silah embarqosu sahəsində cəhd göstərdilər və faktiki olaraq silah idxal etməyə imkan vermirdilər, lakin heç bir nəticə əldə edə bilmədilər.”
Hacızadə əlavə edib: “Bu gün Allahın yardımı ilə müdafiə, hərbi, təhlükəsizlik sahəsində yaxşı məqamlara çatmışıq və bu təhlükəsizlik sayəsində digər sahələrdə də aktiv olmalı, bir-birinin ardınca problemləri həll etməliyik.”

Hərbi Hava Qüvvələrinin komandanı sionist rejimini öz mövcudluğu haqda danışan yeganə rejim adlandırıb, belə bir rejimin məhvə məhkum olduğunu, digər ölkələr haqqında danışmağa haqqı olmadığını qeyd edərək bildirib ki, sionist rejiminin təhdidləri öz daxili istifadəsi üçündür.
Hacızadə vurğulayıb: “Sionist rejimi rəsmiləri bilirlər ki, (müharibəni) başlayan tərəf ola bilərlər, lakin onu bitirmək bizimlədir. Bu işin sonu sionist rejiminin məhv olması ilə bitəcək. Əgər bizim əlimizə bəhanə versələr, artıq bundan sonrakı dövrü görməyəcəklər və şübhəsiz, onların məhvi – tarix baxımından - irəli düşəcək.”

Nur-az.com


1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP