Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2021

Nikki Heyli: İran ABŞ-dan qorxmur

ABŞ-ın BMT-dəki keçmiş səfiri ölkəsinin İranla bağlı siyasətini tənqid edib və yazıb; Tehran Vaşinqtondan qorxmur.

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli Twitter səhifəsində yazıb ki, İran artıq ABŞ-dan qorxmur.
Yəmənin Ənsarullah qüvvələrinin ABŞ-ın Sənadakı səfirliyinə hücum edərək çox sayda əməkdaşı həbs etdiyi barədə ABŞ mediasının xəbərinə cavab olaraq Heyli yazıb: “Bayden sayəsində İran artıq ABŞ-dan qorxmur. Onlar Suriyada ABŞ qüvvələrinə hücum edəndə və ya Yəməndə əməkdaşlarımızı girov götürəndə biz kənardan izləyirik. Amerika bundan daha yaxşıdır.”

Nikki Heyli ABŞ-ın Sənadakı səfirliyinə iddia edilən hücumun İranla əlaqəsi barədə ətraflı açıqlama verməyib, lakin ABŞ mediası Ənsarullah qüvvələrini “İranın dəstəklədiyi qüvvələr” adlandırır.
Əvvəlcə “Bloomberg News” internet saytı çərşənbə axşamı ABŞ-ın Sənadakı səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ən azı 25 yəmənli əməkdaşının həbs edildiyini iddia edib. Cümə axşamı “The Washington Free Beacon” saytı da bu iddianı təkrarladı.

Nikki Heyli ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasının rəsmisi və İrana qarşı maksimum təzyiq siyasətinin tərəfdarıdır.
Bayden hökumət rəsmilərinin etirafına əsasən, maksimum təzyiq siyasəti uğursuz olub və hazırkı hökumət o siyasətdən geri çəkilməyə çalışdığını iddia edir.

Bayden administrasiyası Vyanada davam edən danışıqlar vasitəsilə ABŞ-ın “Birgə Əməkdaşlıq Planına” qayıtmasına yol açmaq niyyətində olduğunu bildirib, lakin hələ də bu siyasətdən geri addım atılmayıb.

Nur-az.com


1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP