Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2021

Avropa Birliyi Türkiyəyə qarşı sanksiyaları uzatdı

“Rusiya əl-Yəvm” qəzetinin verdiyi xəbərə görə, Avropa Birliyi Türkiyə əleyhinə sanksiyaların müddətini bir il də uzadıb. Bu sanksiyalar Türkiyəyə Aralıq dənizinin şərqindəki mübahisəli sularda neft və qaz hasilatı üçün qazma işləri ilə əlaqədar olaraq tətbiq edilib.
AB Şurası bu haqda yaydığı bəyanatda bildirib: “Bu gün Türkiyənin Aralıq dənizində qeyri-qanuni qazma əməliyyatlarına cavab olaraq məhdudlaşdırıcı tədbirlərin nəzərdən keçirilməsindən sonra Türkiyəyə qarşı sanksiyaları daha bir il müddətinə uzatdıq.”
Bəyanatda əlavə edilir: “Avropa İttifaqı Aralıq dənizinin şərqində icazəsiz karbohidrogen qazma fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə və ya qurumlara və ya onda iştirak edən şirkətlərə qarşı daha dəqiq və sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.
AB Şurası vurğulayıb ki, bu tədbirlərə həmin şəxslərin və qurumların aktivlərinin bloklanması, onların Aİ-yə səfərinə qadağa qoyulması, habelə əmlakın başqaları tərəfindən sanksiya tətbiq edilmiş şəxslərə və qurumlara verilməsinin qarşısının alınması daxildir.
AB 2019-cu ildə Türkiyənin AB-nin Kiprə məxsus olduğunu hesab etdiyi Şərqi Aralıq dənizinin şərq hissəsində qazma işlərinə cavab olaraq Ankaraya qarşı sanksiyalar tətbiq edib.


1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP