Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2021

Dünyada bir gündə 355 mindən çox insanda koronavirus aşkar olunub

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, dünya üzrə koronavirusa 355 232 yoluxma halı aşkarlanıb, 4 396 nəfər infeksiya səbəbindən həyatını itirib.

Bütövlükdə koronavirusdan 5 120 234 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı isə 254 443 207 nəfəri ötüb. Eyni zamanda, 230 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 19 258 898 min aktiv xəstədən 77 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Yoluxanların sayına görə ikinci yerdə Hindistan, üçnücü yerdə isə Braziliya qərarlaşıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.


1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP