Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2021

Bağdadda ABŞ hərbi logistika karvanı hədəfə alınıb

Media mənbələri İraqın paytaxtında terroçu ABŞ hərbi logistika karvanının hədəf alındığını bildirib.
“Saberin News”-in Telegram kanalı təcili xəbərlərində Bağdadda ABŞ hərbi logistika karvanına hücum edildiyini bildirib.
Demək olar ki, hər gün hücuma məruz qalan terrorçu ABŞ qüvvələri dünən axşam da Divaniyyə beynəlxalq magistral yolunda hədəfə alınmışdı.
Son aylarda İraqdakı müxtəlif hərbi bazalarda yerləşdirilən ABŞ hərbçiləri üçün logistika ləvazimatları daşıyan karvanlar dəfələrlə yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı Qasim Süleymani və İraq Həşd-Şəbi Təşkilatının komandan müavini Əbu Mehdi Mühəndis şəhid olduqdan sonra terrorçu ABŞ koalisiyasının logistika karvanları həftəlik və bəzən gündə bir neçə dəfə yol kənarında quraşdırılmış bombalar vasitəsilə hədəfə alınır. Buna görə də ABŞ ordusu avadanlığın təhvil verilməsini İraqın özəl şirkətlərinə həvalə edib.


1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP