Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2021

Gecə rəvayəti

“İmam Hüseyn (ə)” adına 14-cü korpusun peşəkar döyüşçülərindən Əli Məscidian belə nəql edir:

6 may 1982-ci il, “Beytül-müqəddəsə doğru” əməliyyatının 2-ci mərhələsi başladı. Hüseyn Xərrazi motosikletimin tərkinə əyləşdi və dedi: “Gedək ön cəbhəyə baş çəkək.”
Yolda yanan bir PDM-lə rastlaşdıq. Bir neçə könüllü də tər tökə-tökə və iztirabla, torpaq və su ilə alovları kontrol altına almağa çalışırdılar.

Ağa Hüseyn dedi: “Bunlar nə edirlər? Dayan, gedək görək nə olub?”
Alovun hərarəti kimsəni maşına 2-3 metrdən çox yaxınlaşmağa qoymurdu.
Şölələrin içindən səs-küy gəlirdi. Başa düşdük ki, bir könüllü maşının içində qalıb və diri-diri yanır.
Mən və Hüseyn ağa da o Allah bəndəsini xilas etmək üçün onlara kömək etdik.
Səngərlərin torpaq dolu kisələrini götürürdük və elə 2-3 metr fasilədən odun üstünə tökürdük.
Maraqlı burasıdır ki, maşında giriftar olan o əziz qardaş, yanmasına baxmayaraq, qətiyyən ah-nalə etmirdi və bu da bizə çox ağır gəlirdi.
Ucadan fəryad edirdi: “İlahi!
İndi ayaqlarım yanır, istəyirəm o dünyada məni sabit qədəm edəsən.
İlahi!
İndi sinəm yanır ... Bu yanıq Həzrət Zəhranın (s.ə.) sinəsinin yanmasına çatmaz.
İlahi!
İndi əllərim yandı, o dünyada əllərimi sənə doğru uzatmaq istəyirəm. Əllərimin günahkar olmasını istəmirəm.
İlahi!
Üzüm yanır. Bu yanıq İmam Zaman (əc) üçündür, vilayət üçündür. İlk dəfə Həzrət Zəhra (s.ə.) vilayət üçün belə yandı.”
Əgər öz gözlərimlə görməsəydim, kiminsə belə bir vəziyyətdə belə sözlər danışacağına inanmağım mümkün deyildi.
Sanki yuxu görürdüm. Amma, kim olduğunu heç vaxt bilmədiyim o könüllü, yavaş-yavaş kabab olduğu halda, bu cümlələri ardıcıl və çox səlis fəryad edirdi.
Od başına çatanda, dedi: “İlahi!
Daha taqətim qalmadı. Daha bitdim. Sona çatıram. “La ilahə illəllah, la ilahə illəllah.”
İlahi!
Özün şahid ol. Özün şəhadət ver ki, “ah” demədim”.
Bura çatdıqda, başı bir tıq səsilə partladı və son.
Onun kəllə sümüyü partlayan anda, mən kisələrdəki torpağı öz başıma tökmək istəyirdim. Oradakıların da halı dəyişdi.

Biri əlinin içi ilə alnına vururdu. Biri dizlərinə döyür, başına vururdu. Biri uca səslə ağlayırdı.
O könüllünün yanması, bizim hamımızı yandırdı.
Hüseyn ağanın vəziyyəti hamıdan daha pis idi. İki dizini qucaqlamış və hıçqıra-hıçqıra ağlayır və deyirdi: “İlahi! Biz bunların cavabını necə verək? Biz bunların komandiriyik? Bunlar hara, biz hara? O dünyada Allah bizi saxlayıb soruşmayacaq ki, bunların cavabını necə verəcəksən?”
Halı çox pis idi. Əldən düşdüyü aşkar idi və özündən gedirdi.
Qoluna girib qaldırdım və necə olsa da, yola düşdük. Bütün yol boyu, motosikletin arxasında, başını qoydu mənim çiynimə və ağlayırdı ...

Yadımızda olsun ki, minlərlə şəhid mənə və sənə görə canlarından keçiblər...
Şəhidlərdən sonra biz nə etmişik???



1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.22, 23:58
Hərbçimiz intihar etdi
25.12.21, 13:19
Vatsapda yeni funksiya
Go to TOP