Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2021

Polis zabiti ailəsi ilə birgə yanaraq öldü

Ötən gecə Ağcabədi rayonunun Hindarx qəsəbəsində güclü yanğın olub.

İkimərtəbəli fərdi evdə baş verən yanğın zamanı evdə olan 7 nəfərdən 3-ü yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, onun övladı - bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və həyat yoldaşı Kərimova Nailə İsa qızıdır.

Bildirilir ki, hadisə vaxtı evdə 7 nəfər olub. Qonşular Kərimovların evindən tüstü qalxdığını görərək onlara köməyə gediblər. Bu zaman birinci mərtəbədə olan ailə üzvlərindən 4-ü sağ-salamat yanan evdən çıxarılaraq xilas edilib. Lakin evin içini tüstü və alov bürüdüyündən ikinci mərtəbəyə qalxmaq mümkün olmayıb. Bunu görən qəsəbə sakinləri 2-ci mərtəbədəki mənzilin pəncərəsinin dəmir torlarını kəsərək onları çölə çıxarmağa çalışıblar. Lakin artıq gec olub. Gənc ailə tamamilə yanaraq həlak olub.

Qəsəbə sakinləri Publika.az-a bildirib ki, vəfat edən Kərimov Miri Firdovsi oğlu polis zabitidir və bir neçə ay əvvələ kimi post patrul xidmətinin komandiri vəzifəsində çalışıb.


1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
Go to TOP