Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2021

İran Türkiyə universitetlərini dini mənbə kitabları ilə təmin edə bilər

Türkiyənin Tehrandakı səfirliyinin dini işlər üzrə nümayəndəsi Məcid Can Türkiyə ilə İran arasında mədəni və dini əlaqələrin genişləndirilməsi məqsədilə İranın İslam Mədəniyyəti və Münasibətləri Təşkilatının rəhbəri höccətül-islam vəl-müslimin Məhəmməd Məhdi İmanipur ilə görüşüb.

Höccətül-islam vəl-müslimin İmanipur sədrlik etdiyi təşkilatın Türkiyənin Diyanət İşləri Təşkilatı ilə müxtəlif sahələrdə yaxın və səmərəli əməkdaşlığına toxunaraq deyib: “Hər iki təşkilatın beynəlxalq aləmdə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və biz bu münasibətlərin dərinləşməsinə çalışmalıyıq.”
İslam Mədəniyyəti və Münasibətləri Təşkilatı ilə Türkiyə Diyanət İşləri Təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanmasını diqqətə çatdıran İmanipur iki ölkə arasında mədəniyyət, təhsil, din və elitaların dialoqu sahəsində memorandumun müddəalarının həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
İmanipur bu görüşdə İranın din də daxil olmaqla müxtəlif sahələrdə elm istehsalı potensiallarına toxunaraq təşkilatın hərtərəfli əməkdaşlığa, xüsusilə dini mənbə kitablarının tərcümə və nəşrinə, habelə Türkiyənin elmi mərkəzlərini və universitetlərini sözügedən kitablarla təmin etməyə hazır olduğunu bildirib.

Türkiyənin Tehrandakı səfirliyinin dini işlər üzrə nümayəndəsi qeyd edib ki, Türkiyə Diyanət İşləri Təşkilatı İran İslam Respublikası ilə münasibətləri daha da inkişaf etdirməyə və genişləndirməyə səy edir.
İslamın sülh və mehribanlıq dini olduğunu vurğulayan nümayəndə təkfirçi ünsürlərin dünyaya, xüsusən də Avropaya İslamın yanlış görüntüsünü təqdim etdiyini bildirərək deyib: “Müstəmləkəçi dövlətlər İslamın simasını bu ünsürlər vasitəsilə təqdim etməyə çalışırlar ki, dünya onu görərkən qoxruya düşsün və dəhşətə gəlsin.”

Məcid Can İran və Türkiyənin islamofobiyaya qarşı əməkdaşlıq etməsini istəyib.


1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
Go to TOP