Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2021

Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini “lənətə gəlmiş axmaq” adlandırıb.

O, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.

“50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?”, – deyə Tramp bildirib.

Eks-prezident bəyan edib ki, indi Rusiya, İran və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.


1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
Go to TOP