Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2021

Türkiyənin iki şəhərində 21 İŞİD terrorçusu saxlanıldı

Türkiyə rəsmiləri Ankara və İstanbulda İŞİD və Əl-Qaidə terror qruplaşmalarına bağlı 21 şübhəlinin həbs edildiyini bildiriblər.
Yeni miladi ilinin yaxınlaşması ilə əlaqədar Ankarada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirən mənbələr vurğulayıblar ki, təhlükəsizlik və kəşfiyyat qrupları İŞİD-lə əlaqədə və ya dəstəkdə şübhəli bilinən 15 xarici vətəndaşın tutulması üçün əməliyyata başlayıb və nəticədə 12 nəfər həbs edilib.
Bu istiqamətdə İstanbul terrorla mübarizə qrupları münaqişə bölgələri ilə əlaqədə olmaqda, İŞİD və Əl-Qaidə terror qruplaşmaları adına fəaliyyət göstərməkdə şübhəli bilinən 9 xarici vətəndaşı həbs edib, bu terror qruplaşması ilə bağlı sənədləri və onların yaşayış yerindəki rəqəmsal mənbələri müsadirə edib.
Qeyd edək ki, Türkiyədə demək olar ki, hər həftə neçə nəfər İŞİD terrorçusu saxlanılır. Bunun səbəbi isə bir vaxtlar Türkiyənin İŞİD-ə qoşulmaq istəyənlərə bu ölkə vasitəsilə Suriyaya keçməsinə şərait yaratmasıdır. Belə ki, Türkiyə təhlükəsizlik qüvvələri onların Suriyadakı terror qruplarına qoşulmaq üçün şərait yaratmasına aid görüntü və sənədlər mövcuddur.
Bunu Ankara siyasətçiləri də dəfələrlə açıqlayıblar. Son günlərdə də deputatlardan biri dedi: “Ərdoğan və onun partiyasının hərəkətləri səbəbindən Türkiyə dünyada İŞİD-in ən böyük ortağı və dostu kimi tanınır.”


1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP