Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2021

Türkiyədə müxalifət erkən seçkilər tələb edir

Türkiyə Cümhuriyyət Xalq Partiyasının mətbuat katibinin müavini Faiq Öztürk valyutanın kəskin devalvasiyasını əsas gətirərək Türkiyə ilə oxşar iqtisadiyyata malik ölkələrin valyuta məzənnələrinin qalxdığını, ya da qalxmaqda olduğunu bildirib.
O vurğulayıb: “Hazırda Türkiyə iqtisadiyyatı üçün ən vacib məsələ həddindən artıq məzənnə dəyişikliyinə və iqtisadiyyatdakı qeyri-sabitliyə son qoymaqdır.”
Faiq Öztürk əlavə edib: “Ərdoğan təslim olmaq əlaməti olaraq əllərini qaldırmalı və susmalıdır, ancaq bu, ölkədə itirilmiş etimadı bərpa etmək üçün kifayət etmir və seçki qutusu xalqın üzünə açılmalıdır, çünki yeganə çıxış yolu budur.”
“Problemlər böyükdür, millətimiz indi ən qısa zamanda seçkiyə getməyi gözləyir” deyə, o qeyd edib.
Türkiyənin müxalifət partiyaları növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan isə hazırda onun populyarlığına təsir edən iqtisadi böhranı nəzərə alaraq istənilən seçkiyə qarşı çıxır.


1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP