Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2022

Bağdadda şəhid Qasim Süleymaniyə görə milyonluq toplantı - Video

Qasim Süleymani və Əbu Muhəndisin ABŞ tərəfindən terror edilməsinin ikinci ildönümü ərəfəsində İraq əhalisinin Bağdadda milyonluq yürüşü baş tutub.

Yürüş iştirakçıları “Amerikaya yox”, “İsrailə yox” şüarları səsləndiriblər və Amerika işğalçılarının İraqdan tam çıxmasını tələb ediblər.
Həşd-Şəbi Təşkilatının rəhbəri Falih Fəyyaz İraq hökumətini xarici qoşunların ölkədən çıxarılması ilə bağlı Parlamentin qərarını yerinə yetirmək üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.
O, bu günü şəhidlərlə əhd günü adlandıraraq deyib: “Qələbə şəhidlərinin komandirləri ilə əhd-peyman bağlayırıq ki, zəfər və şəhadət yolunda irəliləyəcəyik. Amerika və xarici qüvvələrin İraqdan çıxarılması İraqın izzətli bir həyat yaşayacağına zəmanətdir.”

Fəyyaz dini mərcəiyyətə hörmətlə yanaşdıqlarını və Ayətullah Seyid Əli Sistaninin göstərişlərinə bağlı olduqlarını vurğulayıb.

Yürüşdə Fəth koalisiyasının rəhbəri Hadi Amiri də çıxış edib, müqavimət şəhidlərinin qanının bahası olaraq işğalçı qüvvələrin İraqdan tam çıxarılacağını qeyd edib.
O deyib: “Bu şəhidlərin qanının qisasın xarici qüvvələrin tamamilə çıxarılmasıdır və bu mövzuda heç vaxt heç kimlə müzakirə etməyəcəyik.”

Amiri vurğulayıb ki, şəhid Süleymani və Mühəndisin İraqın İŞİD-in pəncəsindən azad edilməsi yolunun sərkərdələri idi və İraq müqavimət qruplarının bu yolu davam etdirməkdə qərarlıdırlar və o şəhidlərin pak qanına sadiq qalacaqlar.












1800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP