Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2022

Pekin: General Süleymaninin terror edilməsi ABŞ-ın hərbi cinayəti idi

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin bu gün (çərşənbə axşamı) keçirdiyi mətbuat konfransında general Qasim Süleymaninin terror edilməsi və onun şəhadətinin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə İran prezidenti Seyid İbrahim Rəisinin bu böyük şəhidin qətlini törədənlərin mühakimə olunmalı və onlardan qisas alınmalı olduğu barədə açıqlamaları ilə bağlı sualı cavablandıraraq deyib: “Qasım Süleymaninin terror edilməsi Birləşmiş Ştatların BMT Nizamnaməsinə uyğun beynəlxalq münasibətləri tənzimləyən normaları özbaşına şəkildə pozmasının digər bir nümunəsidir. Bu, həm də ABŞ-ın güc tətbiqindən sui-istifadə etməklə törətdiyi hərbi cinayətlərdən biridir.”

V. Venbin əlavə edib: “Birləşmiş Ştatlar beynəlxalq hüququ pozaraq terror yolu ilə müstəqil dövlətin hərbi komandirini qəsdən öldürməyə qədər irəli getmişdir. ABŞ həmçinin dünyada yüz minlərlə günahsız mülki insanı öldürüb. Amerika bütün bu qeyri-qanuni və vəhşi hərəkətlərini “qanuna söykənən beynəlxalq nizamlama” adı altında cəmiyyətin gözündən gizlədir.”

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı, general Qasım Süleymaninin şəhadətinin ikinci ildönümündə Amerika rəsmilərinə səslənərək deyib: “Hacı Qasim Süleymani İraq Baş nazirinin rəsmi qonağı idi. Siz həm İraqın suverenliyini pozdunuz, həm də bir şəxsi deyil, bir milləti terror etdiniz. Bütün İslam ümməti üçün çox ağır və baha başa gələn bu dəhşətli cinayətin cavabı olaraq nə etmək lazımdır? Təcavüzkar, qatil və ABŞ-ın o zamankı prezidenti olmuş əsas cinayətkar mühakimə olunmalıdır, ondan qisas alınmalıdır və Allahın onun barəsindəki hökm icra edilməlidir.

Tramp, Pompeo və digər cinayətkarlara qarşı ədalətli mühakimə mexanizmi yaradılsa və onlar törətdikləri bu ağır cinayətə görə cəzalandırılsa, məqsəd hasil olar. Əks təqdirdə, ümmət özü qisas alacaq.”


1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP