Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2022

İran Əfqanıstanda sülh danışıqlarına vasitəçilik edir

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban hökumətinin Xarici İşlər Nazirliyi Tehranda Əmirxan Müttəqi, İsmayıl Xan və Əhməd Məsud arasında görüş keçirildiyini bildirib.
9 yanvarda Tehrana səfər etmiş Ə. Müttəqi İran rəsmiləri ilə görüş keçirib və müxtəlif sahələrdə əməkdaşlığa aid danışıqlar aparıb. XİN-nə rəhbərlik edən Müttəqi İrana səfəri zamanı Əfqanıstan müqavimət hərəkatının rəhbərləri Əhməd Xan və İsmayıl Xanla da görüşdüyüni açıqlayıb.
Talibanın mətbuat katibinin müavini Bilal Kərimi bu barədə deyib: “Bu görüşdə onlara əminlik verildi ki, heç bir narahatlıq olmadan öz ölkələrinə qayıda bilərlər.”
Sözügedən görüşlə bağlı İran XİN-nin mətbuat katibi Səid Xətibzadə də açıqlama verərək deyib: “İran Əfqanıstanın müxtəlif qruplarına evsahibliyi edir. Bu səfərdə də yenə onlar arasındakı müzakirələrə evsahibliyi etdi. Rəhbərlər arasında müsbət danışıqlar baş tutdu. Onun nəticəsinin Əfqanıstan xalqı üçün parlaq gələcək olacağına ümid edirik.”
Xətibzadə Taliban rəsmiləri ilə Pəncşir əhalisinin taleyi ilə bağlı söhbət edilməsinə də toxunaraq deyib: “İranın əfqan xalqının vəziyyətinə baxışı kifayət qədər əhatəli, bölgə və etnik mənsubiyyətdən uzaqdır.”


1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP