Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2022

ABŞ məxfi kəşfiyyatı: İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik

“Newsweek” qəzetinin yazdığına görə, İranın ən alqışlanan hərbi vəzifəlisinin terror edilməsindən iki il ötdüyü bir vaxtda ABŞ-ın məxfi xidmət orqanı bu ölkənin sabiq prezidenti Donald Trampın əleyhinə qisas təhdidləri ardınca gəzir.

ABŞ məxfi xidmət orqanının sözçüsü Castin Uilan nəşrə bildirib ki, “ABŞ məxfi xidmət orqanı öz nəzarəti altında olan şəxslərə qarşı bütün təhdidləri ciddi qəbul edir”. Castin protokola uyğun olaraq təhdidlərin araşdırılması üçün həyata keçən prosesin detallarına toxunmayıb.

2020-ci il 3 yanvarda ABŞ-ın sabiq prezidenti regionda İŞİD və digər terrorçularla mübarizə aparan SEPAH-ın Qüds Qüvvələrinin komandiri general-leytenant Qasim Süleymaninin terror edilməsinin əmrini verib. İran bu terrorda əli olanların hamısının siyahısını hazırlayıb və onlardan qisas alacağını açıqlayıb. Bundan sonra terrorda əli olanlar, o cümlədən ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo dövlətdən özünün və Trampın qorunmasını istəyib.


1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP