Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2022

Yəməndə BƏƏ-nin 90 muzdlusu məhv edildi

Yəmən ordusu və Ənsarullah Hərəkatına bağlı xalq komitələri Şəbvə əyalətində BƏƏ-nin işğalçı hücumunu dəf edib.
Hərbi mənbələrin bildirdiyinə görə, bu əməliyyatda düşmənin 90-dan çox muzdlu əsgəri məhv edilib və onlarla muzdlusu yaralanıb. Ölənlərin çoxu Yəmən ordusunun düşmən qüvvələrin Beycan və Əsilan bölgələrində toplaşdığı mərkəzləri raketlə vurması nəticəsində məhv olub.
Ölənlər arasında yüksək rütbəli komandirlər, o cümlədən general Əli Hadi Həriri, general Məmduh Əhdil, Məhəmməd Əhməd Yafei, Əli Qufeyli Əbyəni, Əddülfəttah Sədi, Əhməd Qayid Culeydi, Əhməd Nasir Məbruk, Huseyn Yəhya Luheyci, Zəki Əbdulvase Səbihi və Sari Əli Luhəci də vardır.
Habelə, bu gün Yəmən ordusu BƏƏ-nin təcavüzkarlığına cavab olaraq bu ölkəni tənbeh etmək məqsədilə Abu-Dabi beynəlxalq aeroportunu və Misfah sənaye bölgəsini raket və PUA-lar vasitəsilə vurub.
Bundan əlavə, Şəbvə əyalətinin Ətiq aeroportuna raket hücumu ilə BƏƏ-yə aid C-130 tipli hərbi yük təyyarəsini vurmuşdur.
Yəmən Milli Qurtuluş Hökuməti xəbərdarlıq edib ki, BƏƏ öz təcavüzkar hərəkətlərini davam etdirsə, daha ağır zərbələr alacaq.


1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP