Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2025

Ramazan ayı münasibətilə bir neçə fiqhi məsələ

Həzrət Ayətullah əl-üzma Xameneinin fətvası əsasında

Büluğ həddinə təzə çatmış qızların orucunun hökmü
Büluğ həddinə təzə çatmış qızların oruc tutması vacibdir. Oruc tutmaq onlara zərər vermədikdə və ya dözmək çox çətin olmadıqca, yalnız çətinlik, fiziki zəiflik və bu kimi səbəblərə görə onu tərk etmək icazəli deyil.
(Məşhur nəzərə əsasən, qızlarda büluğ həddi hicri-qəməti tarixi ilə 9 yaşın tamam olmasıdır, miladi tarixi ilə isə 8 il, 8 ay və 23 gündür.)

Qoca kişi və qadının orucu
Oruc tutmaq onun üçün məşəqqətli olan qoca kişi və qoca qadına oruc tutmaq vacib deyil. Hər gün üçün yoxsula bir müdd (750 qram) təam –buğda, arpa, düyü kimi– fidyə verməlidirlər.

Öz vəzifəsinə əməl etməyib oruc tutan müsafirin hökmü
Oruc tutmamalı olan müsafir, vəzifəsinin əksinə olaraq bilərəkdən və qəsdən oruc tutsa, orucu batildir. Əgər Ramazan ayı olarsa, qəzası vacibdir. Amma hökmü bilmədiyi üçün oruc tutmuşdursa, orucu səhihdir. (Yəni əgər səfərdə oruc tutmağın batil olduğunu bilmirdisə və oruc tutubsa, orucu düzgündür.)

Dilaltı həblərdən istifadənin hökmü
Dilaltı həblərdən istifadə edərkən ağız suyu onunla qarışarsa, həmin suyu çölə töksə və ondan bir şey boğaza getməsə oruc batil olmur.

İynə vurdurmaq və sistem köçürmək
Vacib-ehtiyata görə, oruc tutmuş şəxs dəri altına vurulan qüvvətləndirici və qidalandırıcı iynələrdən, damara vurulan hər növ iynədən və damara köçürülən hər növ sistemdən istifadə etməməlidir.
Amma dəri altına vurulan iynələrdən, həmçinin bədənin hansısa bir nahiyəsini hissiz etmək üçün istifadə edilən iynələrdən istifadə etməyin maneəsi yoxdur. Habelə, yaraların üzərinə qoyulan dərmanların oruca zərəri yoxdur.
Orucun niyyətində tərəddüd etmək
Müəyyən bir vacib orucda gün arasında orucu davam edib-etməməkdə tərəddüd edərsə və ya orucu batil edən işlərdən birini tutmağa qərar verərsə, lakin bunu etməzsə, vacib ehtiyata əsasən, orucu tamamlamalı və sonra bunun qəzasını yerinə yetirsin.

Dişlərin arasında qalmış yeməyin hökmü
Əgər oruc tutan şəxs dişləri arasında qalmış yeməyi qəsdən udsa, orucu batil olar. Amma yeməyin dişlərin arasında qaldığını bilməsə və ya onu qəsd və diqqət olmadan udsa, orucu batil olmaz.

Yeməyi dadmaq
Uşağa vermək üçün yeməyi çeynəmək və adətən boğaza çatmayan yemək və bu kimi şeyləri dadmaq orucu batil etmir. Baxmayaraq ki, təsadüfən və qeyri-ixtiyari olaraq boğaza daxil olması və udulması mümkündür.
Amma əvvəldən boğaza çatacağını bilsə və udsa, orucu batil olur.

Spreydən istifadə etmək
Oruc tutanın təngnəfəsliyi aradan qaldırmaq üçün tərkibində dərman olan spreydən istifadə etməsinin iradı yoxdur və orucu batil etmir.

Namazı iftardan əvvəl qılmaq
Müstəhəbdir ki, oruc tutmuş şəxs iftardan əvvəl məğrib namazını qılsın.
Amma kimsə onu gözləyirsə və ya o qədər acdır ki, qəlb hüzuru ilə namaz qıla bilmir, onda əvvəlcə orucunu açması yaxşıdır.
Ancaq mümkün olarsa, namazı fəzilət vaxtında qılsın.


4245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP