Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2022

İsveçdə kütləvi iğtişaşlar başladı

İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.

Danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb. Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. 

Malmödə etirazçılar təkər və yol kənarında olan müxtəlif avtomobilləri və bir avtobusu yandırıb.

Norşöpinq şəhərində bazar günü toqquşmalarda daş-qalaq olunan polis qüvvələri rezin güllələr ilə etirazçılara atəş açıb. Hadisə nəticəsində azı üç nəfər aksiyaçının xəsarət aldığı deyilir, bir nəfər isə ayağından güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Üç gün davam edən iğtişaşlar nəticəsində onlarca polis əməkdaşının xəsarət aldığı bildirilir, bir neçə aksiyaçı da saxlanılıb.


1580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP