Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2022

HƏMAS: Müqavimətin əli tətikdədir

HƏMAS müqavimət hərəkatının qırmızı xəttini və vəziyyəti diqqətdə saxladığını açıqlayıb.

"Maan" Xəbər Agentliyinin verdiyi məlumata görə, HƏMAS-ın siyasi ofisinin üzvü İzzət ər-Rəşq deyib: "HƏMAS-ın bütün vasitəçilərə mesajı aydındır: Qüds və Məscidül-Əqsa qırmızı xəttdir."

Ər-Rəşq vurğulayıb: "Xalqımızın müqəddəsləri əleyhinə hər hansı təhrikedici hərəkətə cavab veriləcək. Biz Qəzzədə yeni müharibə ardınca deyilik, lakin müqavimət bütün hadisələri diqqətlə izləyir və əli tətikdədir. Çünki biz vahid xalqıq. Əgər bizim müqəddəslərimizə təcavüz edilsə, xalqımız onları müdafiə etmək üçün qalxacaq."

Siyasi ofisin üzvü qeyd edib ki, xalqımız işğalçıların Cenində və Fələstinin hər hansı digər bölgəsində hərəkətlənməsinə icazə verməyəcək.

O, anti-sionist əməliyyatları alqışlayıb, onları işğalçıların və regionda kompromis planının üzünə sillə adlandırıb.

Ər-Rəşq deyib: "Ərəb idmançılarının sionist rejimi idmançıları ilə yarışmaqdan imtina etməsi xalqımızı hədəfə alan kompromis planlarının məğlubiyyətə uğradığını göstərir."


1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP