Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2022

Türkiyənin İraqın şimalına təcavüzünün pərdəarxası

"Bağdad əl-Yəvm" qəzetinin yazdığına görə, İraq "Qanunun Aliliyi" koalisiyasının liderlərindən biri Türkiyə ordusunun İraqın şimalına hücumuna toxunub və Türkiyənin Kərkükdəki neft quyularına diş qıcıtdığını ifşa edib.

"Qanunun Aliliyi" koalisiyasının liderlərindən olan Turki Cadaan bazar ertəsi günü vurğulayıb ki, Kərkük neft quyuları Türkiyənin 30 ildir İraqa davam edən işğalının rəmzidir.

Cadaaan deyib: "Ankaranın PKK-ya qarşı mübarizə bəhanəsi artıq bizi aldatmır və bilirik ki, Türkiyə qüvvələrinin Kürdüstan tərəfdən 190 km dərinlikdə – Türkiyə ilə yaxın partiya maraqları güdən siyasi qüvvələrin görməməzlikdən gəlməsi kölgəsində – edilən təcavüz çoxşaxəli işləri ehtiva edir.

Koalisiya lideri İraq ərazisinə 190 km xarici işğala icazə verən heç bir razılaşma olmadığını vurğularaq deyib ki, Türkiyə Kərkük neft quyularına çıxış ardıncadır və bu kod onun İraqa son 30 il ərzində etdiyi bütün işğalların arxasında dayanır.

O qeyd edib: "PKK Türkiyənin İraqa müdaxiləsi və hərbi bazalar qurması üçün sadəcə bir bəhanədir və bu, ölkənin milli təhlükəsizlik prinsiplərinə ziddir."


1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP