Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2022

Ərəbistan rejimi Məkkə və Mədinədə minlərlə İslam abidəsini məhv etməyi planlaşdırır

"Nəbə" telekanalı bildirib ki, Ali-Səud rejimi Məkkə və Mədinədə inkişaf planı bəhanəsi ilə minlərlə İslam abidəsini məhv etmək niyyətindədir.

Telekanalın verdiyi məlumata görə, Məkkə və Mədinədə 3 min İslam qədimi əsəri Səudiyyə rejiminin bu əraziləri inkişaf etdirmək qərarına görə təhlükə altındadır.

Səudiyyə rəsmiləri İslam tarixinə aid məhəllələrin və məkanların dağıdılmasını ört-basdır etmək və onların təsirlərini məhv etmək üçün tez-tez inkişaf məsələsindən media təbliğatı kimi istifadə edirlər.

Bu yerlərin və abidələrin taleyi hələ də qaranlıqdır. Lakin Baş Turizm və Mədəni İrs Təşkilatının qərarının elan edilməsi, Məkkə və Mədinədə belə böyük həcmdə İslam əsərlərinin müəyyən edilməsi, onların məhv edilməsi və ya həqiqi dəyərinin yox edilməsi qərarından xəbər verir. Xüsusilə, təşkilat bu iddia edilən inkişaf planının məqsədlərindən birinin gəlir əldə etmək və turizmi inkişaf etdirmək olduğunu bildirməsi, həmin məkanların inkişafı və ya dəyişmə forması və onları nəyin əvəz etməsi ilə bağlı suallar doğurur.

"Nəbə" telekanalının məlumatında daha sonra deyilir: "Bu plana daxil olan yerlərin adları hələ açıqlanmayıb. Turizm və Mədəni İrs Təşkilatı bu yerlərin həzrət Rəsuli-əkrəm (s) və Səudiyyə Ərəbistanının tarixi və s. ilə əlaqəsini elan etməklə kifayətlənib.

Telekanal qeyd edib ki, Səudiyyə Ərəbistanı illərdir İslam irsini məhv etmək üçün addımlar atır, keçmişi və müsəlmanların qoyub getdiyi İslam abidələrini məhv etməyə və gəncləri Ali-Səuda aid olan, heç üç yüz ilə də çatmayan yeni bir tarixlə tərbiyə etməyə çalışır.


1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP