Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2022

Ərdoğan Fələstinin işğal edilməsi günü münasibətilə sionist rejimini təbrik etdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla qondarma sionist rejimi prezidenti İshaq Hersoq arasında telefon söhbəti baş tutub.

"A24" xəbər agentliyinin bildirdiyinə görə, Ərdoğan bu danışıqda cinayətkar sionist rejim başçısını "İsrailin müstəqillik günü" münasibətilə təbrik edib.

Qeyd edək ki, sionist rejimin özünün müstəqilliyi adlandırdığı gün, Fələstin torpaqlarının işğalının və milyonlarla müsəlman fələstinlinin öz ata-baba torpaqlarından qovulmasının, zülmə məruz qalmasının, kütləvi şəkildə qətliam edilməsinin başlandığı gündür.

Sionist rejim prezidentinin ofisinin rəsmi açıqlamasına əsasən, Hersoq Ərdoğana bu təbrikinə görə təşəkkür edib və bir-biri ilə əməkdaşlığın hər iki tərəfin xeyrinə davam etməli olduğunu vurğulayıb.

"İsrael Hayom" qəzeti keçən həftə yazmışdı ki, Ankara Təl-Əvivin tələbi ilə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) onlarla üzvünə Türkiyəyə girişi qadağan edib.

Qəzet həmçinin fələstinli mənbəyə istinad edərək bildirib ki, bu, sadəcə olaraq (HƏMAS üzvlərinin Türkiyəyə) girişinin qarşısını almaq məsələsi deyil, üstəlik, Ankara onlarla HƏMAS fəalını ölkəni tərk etməyə çağırıb. Bu, praktiki olaraq son iki ayda həyata keçirilib və HƏMAS-ın hərbi qolu ilə əlaqəli bəzi şəxslər Türkiyədən çıxarılıb.

Bundan əvvəl sionist rejiminə aid "Kanal 13" televiziyası bir neçə yüksək rütbəli sionist rəsmiyə istinadla bildirmişdi ki, Təl-Əvivin Ankara ilə əlaqələrini yaxşılaşdırmaq üçün şərtlərindən biri də HƏMAS-ın Türkiyədəki fəaliyyətini məhdudlaşdırmaqdır.

"Kanal 13"-ün verdiyi məlumata görə, sionist rejimin daxili təhlükəsizlik aparatı Türkiyə ilə bağlı daxili açıqlamasında vurğulayıb ki, münasibətlərin normallaşdırılması üçün hər hansı proses HƏMAS-ın Türkiyədəki fəaliyyətlərini məhdudlaşdırmaqdan ibarətdir.


998 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP