Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2022

Konaşenkov: Qərbdən göndərilən silahlar...

“Xüsusi əməliyyat zamanı Quru Qoşunlarının raket və artilleriya qurğuları gecə ərzində Ukrayna Silahlı Qüvvələrinin (ASQ) 240 hədəfini vurub”.

Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

General əlavə edib ki, Raket Qoşunları və artilleriya qurğuları gecə ərzində Ukrayna qoşunlarının 44 idarəetmə məntəqəsi və 196 bazasına, canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilərə zərbələr endirib:

“Rusiya Federasiyasının əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində Ukraynanın 18 hərbi obyektinə zərbələr endirib. Onların arasında Xarkov vilayətində iki nəzarət məntəqəsi, Odessa vilayətinin Daçnoye qəsəbəsi ərazisində şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi beş ərazi, üç sursat və yanacaq anbarı var”.

Bundan başqa, Xarkov vilayətinin Bohoduxiv dəmir yolu stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən çoxlu sayda hərbi texnika məhv edilib.

Konaşenkovun sözlərinə görə, zərbələr nəticəsində 280-ə qədər millətçi öldürülüb, 48 silah və hərbi texnika sıradan çıxıb.

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Nikolayev vilayətində, eləcə də Donetsk Respublikasının Siqnal, Luqansk, Krasnoqorovka, Yasinovatye və Zuqres yaşayış məntəqələrində, Xerson vilayətinin Olqino, Çerneşina, Xarkov vilayətində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub.

O əlavə edib ki, həmçinin Xarkov vilayətinin İzyum şəhəri üzərində Ukraynanın üç “Point-U” ballistik raketi və “Tornado” yaylım atəş sisteminin doqquz raketi vurulub.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələri yüksək dəqiqlikli raketlərlə canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 5 ərazini, həmçinin Baxmut qəsəbəsi ərazisində sursat anbarını vurub.

Konaşenko qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 152 təyyarə, 112 helikopter, 762 pilotsuz uçuş aparatı, 295 zenit-raket kompleksi, 2895 tank və digər zirehli döyüş texnikası, 333 reaktiv yaylım atəşi sistemi, 1364 səhra artilleriyası və minaatan məhv edilib.


670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP