Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2022

İran Prezidenti: Bölgənin gələcəyini xalqların müqaviməti təyin edəcək

İran Prezidenti Seyyid İbrahim Rəisi bazar günü səhər saatlarında Suriya Prezidenti Bəşər Əsədlə görüşü zamanı deyib: "Bugün Qərbi Asiya regionunda şahidi olduğumuz mövzu, İnqilabın Ali Məqamlı Rəhbərinin xalqların hegemonlara və təcavüzkarlara qarşı müqavimətinin səmərə verəcəyi ilə bağlı verdiyi proqnozun həyata keçməsidir."

Rəisi Suriya və İrandan olan müqavimət şəhidlərinin, o cümlədən şəhid Hacı Qasım Süleymaninin xatirəsini yad edib, İslam dünyası mücahidlərinin terrorla mübarizəsini yüksək qiymətləndirərək deyib: "Siz də atanız kimi müqavimət cəbhəsinin simalarındansınız."

İran Prezidenti daha sonra bölgədə son on ildə baş verən siyasi və təhlükəsizlik hadisələrinə toxunaraq qeyd edib ki, müqavimət mücahidləri bölgədə, o cümlədən Suriyada sabitlik və təhlükəsizlik üçün etibarlı qüvvə olduğunu sübut etdi.

Bütün ölkələrin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsinin vacibliyini vurğulayan prezident deyib: "Bölgədəki bəzi ərəb və qeyri-ərəb liderləri Suriya hökumətinin süqutu üzərində mərcləşəndə İran Suriya xalqı və hökumətinin tərəfini tutdu."

O vurğulayıb ki, Suriya ordusu və vətənpərvər qüvvələrinin, habelə bölgədəki islami müqavimət döyüşçülərinin, xüsusən də qəhrəman Hizbullahın mücahidlikləri İŞİD və digər terrorçu qrupların bütün bölgədə hərbi gücünün köklərinin qurudulmasında mühüm rol oynadı.

İran Prezidenti Suriya ərazisinin əhəmiyyətli bir hissəsinin hələ də xarici qüvvələrin işğalı altında qalmasından təəssüfləndiyini bildirərək deyib: "Suriyanın bütün ərazisi əcnəbi işğalçılardan azad edilməlidir. Vaxt itirməməli, işğalçı qüvvələr və onların muzdluları Suriya ərazisindən qovulmalıdır."

Suriya Prezidenti Bəşər Əsəd bazar günü səhər saatlarında İrana səfər edib.


592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP