Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2022

Türkiyə Suriyaya hücumdan geri çəkilməyə məcbur olub

Son həftələrdə Ankara rejimi PKK bəhanəsi ilə Suriyaya qarşı yeni işğalçılıq əməliyyatına başlayacağından danışsa da, bu sözünü geri götürməyə məcbur olub.

Bu haqda Ankaraya bağlı "Ceyşul-Vətəni-Suri" terror qrupuna aid mənbə xəbər verib.

Terror qrupuna aid mənbənin "Əl-Ərəbiyul-cədid" xəbər agentliyinə bildirdiyinə görə, ötən gecə Havar Kilis kəndində Türkiyə hərbi komandirləri ilə terror qrupları başçıları arasında keçirilən görüş keçirilib. Türkiyəli komandirlər qrup başçılarına hələ əməliyyata başlamaq fikrində olmadıqlarını və hələlik vaxtın bəlli olmadığını bildiriblər.

Onun sözlərinə görə, Suriyanın şimalında cəbhə vəziyyətində hər hansı dəyişikliyə regional və beynəlxalq müxalifət, Ankaranı hərbi əməliyyatdan əl çəkməyə məcbur edib.

Mənbə vurğulayıb: "Bir gün əvvəl keçirilən görüşdə əməliyyatın mehvəri və mərhələləri təyin edilmişdi. İlk mərhələdə Hələbin şimalı yaxınlığındakı "Fərat Qalxanı" və Fəratın şərqində "Sülh çeşməsi" əməliyyat bölgəsinə çatmalı idi.

İkinci mərhələ Suriya ordusuna qarşı əməliyyat Hələbin qərbində "Qabtan əl-Cəbəl", "Ayncara" və "46-cı Sepah" bölgələrinə qədər davam etməli idi."

Mənbə qeyd edib ki, adı çəkilən bölgələrdə Suriya ordusu qoşunları ilə yanaşı iranyönlü qüvvələrin yerləşdiyindən əməliyyatın ikinci mərhələsi burada dayanacaqdı."

Qeyd edək ki, ABŞ və Rusiyanın bu əməliyyata yaşıl işıq yandırmaması ilə yanaşı, İranın sərt reaksiyası Ankara rejimini bu fikirdən daşınmağa məcbur edib. Belə ki, İranın XİN-nin mətbuat katibi Səid Xətibzadə dünən bu məsələyə münasibət bildirərək deyib: "İran İslam Respublikası iki ölkə arasında ixtilafların həlli üçün digər ölkələrin ərazisində hər hansı hərbi əməliyyata və ya güc tətbiqinə qarşı çıxır, bunu həmin ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulması hesab edir. Bu məsələ vəziyyəti daha da mürəkkəbləşdirir və gərginliyi artırır."

Xətibzadə tərəfləri ixtilafları danışıqlar masası arxasında həll etməyə çağırıb və İranın əvvəllər də olduğu kimi buna kömək edə biləcəyini vurğulayıb.

Elə həmin gün İran televiziyası yeraltı dron bazalarından biri olan "313 Məxfi Dron Bazası"nı nümayiş etdirib.


1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP