Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2022

HƏMAS: Sionist düşmənlə döyüş davam edir

HƏMAS sözçüsü vurğulayıb ki, sionist rejimlə mübarizə sionistlər Fələstin torpaqlarından çıxarılana qədər davam edəcək.

"Fələstin" informasiya mərkəzinin verdiyi xəbərə görə, HƏMAS-ın mətbuat katibi Fuzi Bərhum sionist rejimin dünən keçirdiyi məşum yürüşə və fəslətinlilərə qarşı vəhşiliyə münasibət bildirərək deyib: "Sionist rejimlə mübarizədə Fələstin müqaviməti hesablanmış plan üzrə iş görür və müdafiə əməliyyatlarında uyğun mövqeni dəyərləndirir."

Mətbuat katibi vurğulayıb: "HƏMAS bəzi vasitəçilərin vəziyyətin gərginləşməsinin qarşısını almaq və işğal altındakı Qüdsdə bayraq yürüşü ilə bağlı sionist rejimlə müharibəyə getməmək üçün geniş təmasların şahidi oldu."

F. Bərhum problemin öz hakimiyyətini Qüds və Məscidül-Əqsa üzərində tətbiq etmək istəyən sionist rejimdə olduğunu qeyd edərək deyib ki, müqavimət təhdidləri sionist düşmənin bayraq yürüşünü geniş şəkildə keçirməsinə mane oldu.

HƏMAS sözçüsü müqavimət qruplarının sionist rejimini təhlükəsizlik, siyasət və hərbi baxımdan aşındırdığını vurğulayaraq deyib: "Müqavimət qrupları sionist rejimin hərbçiləri və təhlükəsizlik qüvvələrini Məscidül-Əqsaya təkrar basqınlara etiraz olaraq çıxan fələstinlilərin xalq gücü ilə qarşılaşdırmağa nail olublar.

Müqavimət sionist rejimlə 4 müharibə və təhlükəsizlik, kəşfiyyat, hərbi, mülki və diplomatik döyüşlərə girib və bu rejimlə qarşıdurma tarixində həlledici üstünlüklər ala bilib."

Dünən işğal edilmiş Fələstin ərazilərində sionist rejimin dəstəyi ilə mühacir yəhudilər bayraq yürüşü keçirib. Yürüşdə işğalçı sionist hərbi qüvvələri yürüşə etiraza qalxmış fələstinlilərə qarşı həmişəki vəhşiliyini göstərib və yüzlərlə fələstinli yaralanıb.

Həmçinin, bu yürüşdə sionistlər İslamı, İslam Peyğəmbərini (s), müsəlmanları və ərəbləri təhqir ediblər.


1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP