Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2022

Qılıncdaroğlu: Ərdoğan ölkənin pulunu oğurlayıb qaçır

Kamal Qılıncdaroğlu: Ərdoğan! Çölə çıx və bizə danış, qorxma!

Türkiyə müxalifətinin lideri Ərdoğana qarşı sərt ittihamlar səsləndirərək, onun xaricə bir milyard lirədən çox pul çıxartdığını və bunu ölkədən qaçmaq üçün etdiyini iddia edib.

K. Qılıncdaroğlu bu sözləri şəxsi Twitter səhifəsində paylaşdığı videoda deyib.

O, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ölkədən qaçmaq planını ifşa etməyə qərar verdiyini və bununla bağlı sənədləri açıqlayacağını bildirmişdi.

CXP sədri bu video faylda deyib: "Sizin sarı bürokratlar (onların adlarını çəkməyib) qanunsuz sifarişləri yerinə yetirməklə hökuməti komaya saldınız. Eyni zamanda, özünüzü məhv etdiniz. Əvvəldə bir az sonra bəzi şeyləri açıqlayacağam ki, rüsvay etməklə diqqəti korrupsiyaya cəlb etmək deyil. Çünki bunu hamı bilir. Mənim məqsədim bu hakimiyyəti oyatmaqdır. Sənədlər bizim əlimizdədir, bütün hərəkətlərin sübutları vardır. Onlar ört-basdır kimi ABŞ-da vəqf müəssisəsi təsis edirlər. Amerika vətəndaşını da onun başında vəzifəyə gətiriblər. Lakin idarəçilik Ərdoğan ailəsinin əlindədir. Hal-hazırda o müəssisənin adını ifşa etmirəm."

Müxalifət lideri əlavə edib: "İndi yaradılmaqda olan bu quruma lazımi icazələri almaq üçün pul lazımdır. Hökumətin tələbələrə yardım bəhanəsi ilə təsis etdiyi vəqflər qrupu vardır. Bu sadəcə bir bəhanədir. Bugün həmin vəqf təsisatlarının yaradılmasının əsl səbəbini bilirsiniz. Xüsusilə, Türkiyədəki Ənsar, Gənclərə Xidmət və təhsil vəqfləri.

Bu vəqflər əmlakı Amerika vətəndaşlarına göndərir, hansı ki, onu vəqf müəssisəsinin rəhbərliyinə qoyublar. Onlar bu müəssisəni yaradırlar. Bir dəfə 20 milyon dollar, bir dəfə 10 milyon dollar, sonra 20 milyon dollar və daha sonra 10 milyon dollar göndərdilər. Bir dəfə Gənclərə Xidmət və Təhsil Vəqfləri göndərdi. Bir dəfə də Ənsar Vəqfləri onu göndərdi. Bu belə davam etdi və pul köçürmələri siyahısının sonu yoxdur."

Qılıncdariğlu Ərdoğan ailəsinin ölkədən oğurladığı pullar haqda əlində fakt və sübutların olduğunu vurğulayaraq deyib: "Bütün hərəkətlərin dosyeləri bizim əlimizdədir. Mənim əziz xalqım! Onlar bir milyard lirədən çox pulu ABŞ-a köçürürlər. İndi Ənsar Vəqfləri və Gənclərə Xidmət və Təhsil Vəqflərindən soruşulacaq sual budur ki, bu pulu sizə kim verib? Bunu haradan əldə etmisiniz? Niyə davamlı olaraq o pulları ABŞ-a göndərirsiniz? Amerikada paralel həyat qurmaq missiyasını sizə kim verib?"

Hazırkı hakimiyyətin ölkədən qaçmağa hazırlaşdığını vurğulayan millət vəkili deyib: "İndi isə qayıdaq, Amerikaya qaçmağa hazırlaşanlara. Türkiyədə dövlət başına gələcək yeni hökumətin sizi orada rahat buraxacağını düşünürsünüzmü?! Allaha and olsun ki, siz bədbəxtsiniz. Ərdoğan, çölə çıx və danış. Ailənizin hansı üzvü bu örtücü qurumun başında dayanır ki, əmlakın köçürülməsini ona göstəriş verirsiniz? ABŞ-da ailə üzvlərinizdən hansı bu pulları alır? Çölə çıx, bizimlə danış, qorxma."

İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bu iddianı rədd edərək, deyib: "Prezidentimizə böhtan atdığına görə Kamal Qılıncdaroğlunu məhkəməyə verəcəyik."

Türkiyə müxalifətinin əsas liderinin iddiaları 2023-cü ilin yayına planlaşdırılan növbəti seçkilər ərəfəsində Ərdoğan hökumətinin iqtisadi böhranla təhdid edildiyi bir vaxta təsadüf edir. Türkiyənin pul vahidi olan lirə də son illərin ən böyük devalvasiyasını yaşayır.

Son günlər Türkiyənin İstanbul şəhərində minlərlə insan tanınmış müxalif siyasətçi Canan Kaftancıoğluna hökm oxunmasına etiraz olaraq aksiya keçiriblər.

Habelə, bu günlərdə müxalifət partiyalarından bir neçəsi bağlı qapı arxasında birgə görüş keçiriblər.


1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP