Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2022

Rus ordusu şəhərin mərkəzinə daxil oldu

Rusiya qüvvələri Severodonetskin mərkəzində cəmləşib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun bölmələri Donetsk istiqamətində hərbi hava qüvvələrinin dəstəyi ilə bütün gücünü hücum əməliyyatları keçirməyə yönəldib. Rusların təmas xətti boyu minaatan, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəş açdığı bildirilib.

Ruslar Liman istiqamətində də bölmələrini gücləndirib və yenidən qruplaşdırıb. “Ka-52” helikopterlərinin dəstəyi ilə Limana hücum başlayıb.

Severdonetskdə də döyüşlər davam edir. Rusların bu yöndə uğur qazandıqları, şəhərin mərkəzində möhkəmləndikləri deyilib.

Eyni zamanda, ruslar Baxmut istiqamətində Ukrayna qoşunlarının bölmələrini Beloqorovka və Vrubivka rayonlarındakı mövqelərindən sıxışdırıb çıxarmağa çalışır. Komışuvax, Berestov və Nirkovedə hücum və döyüş təyyarələrindən istifadə edib.


1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP