Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2022

Sionist rejimi özünə qarşı avtomatik məhvetmə sistemini işə salıb

Sionist rejimin kəşfiyyat idarəsinin keçmiş rəhbəri bir neçə amili sadalayaraq, bu rejimin daxildən süqut etməkdə olduğunu etiraf edib.

"Arabi 21" informasiya mərkəzinin verdiyi xəbərə görə, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo işğal edilmiş Fələstinin Netanya institutunda etdiyi çıxışda sionist camiəsi daxilində ciddi parçalanmalar və bu rejimin daxildən süqutu prosesinin başlanması barədə xəbərdarlıq edib.

T. Pardo deyib: "İsrail özünə qarşı avtomatik məhvetmə sistemini işə salıb. Vaxt itirmədən işə başlamalı və öz hərəkətlərimizi dayandırmalıyıq. Biz heç nə öyrənməmişik. Halbuki, qlobal bir kənddə yaşayırıq və hər şey dünyanın gözü önündədir və hadisələrin hamısını bütün dünya görür."

Mossadın-ın keçmiş başçısı qeyd edib ki, sionst rejim zəngin və qüdrətli olsa da, parçalanmış və aşınmışdır. Bizim üçün mövcud olan təhlükələr aradan qalxmayıb və biz cəmiyyətin təbəqələrinin bir-birinə nifrətindən irəli gələn daxili parçalanma prosesinə başlamışıq.

Son iki ildə dörd dəfə parlament seçkilərinin keçirilməsinə toxunan keçmiş kəşfiyyat komandiri deyib: "Son seçkilərdə uduzan partiya və koalisiya nəticələri qəbul etmir və hakim koalisiyanın legitimliyini şübhə altına alır. Bu üzdən baş verən hadisələr kökündən yanlışdır. Həmin davranış hökumətlərin ömrünü qısaldır."

O vurğulayıb ki, bugün cəmiyyətdə və siyasətdə dözümsüzlük, şifahi zorakılıq ciddi şəkildə artıb. Fərqli düşünən hər şəxs və ya qrup hücuma məruz qalır.


1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP