Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2022

Sionist KİV-i: İran dronları atom bombası kimidir - Fotolar

Sionist rejim televiziyası xüsusi proqramda ekspertlər vasitəsilə İran pilotsuz təyyarələrinin imkanlarını araşdırıb, İranın PUA-larının təhlükəsinin nüvə təhlükəsindən az olmadığını bildirib.

برنامه ویژه تلویزیون رژیم صهیونیستی با موضوع  پهپادهای ایران+عکس

Sionist rejim televiziyasının 11-ci kanalı cümə günü xüsusi verlişində İran İslam Respublikasının pilotsuz uçuş aparatlarının gücündən danışıb.

Təhlükəsizlik və hərbi rəsmilərin, eləcə də sionist hərbi ekspertlərin dəvət olunduğu bu xüsusi verlişdə İranın pilotsuz təyyarələrinin qabiliyyətləri araşdırılıb.

Aparıcı ilk olaraq qeyd edib ki, bir çoxları İranın nüvə proqramı ilə bağlı riskini qabartsa da, dron adlanan başqa təhdid də var ki, bu da nüvə təhdidindən heç də geri qalmır.

Aparıcı daha sonra deyib ki, dronlar kiçik və ucuzdur və onlardan bir neçəsini minlərlə kilometr uzaqlıqdakı hədəflərə göndərmək mümkündür. Lakin bu dronların vurduğu ziyan kiçik ölçülərinə baxmayaraq, daha böyük ola bilər.

Verlişin davamında İranın "Şahed 136" pilotsuz təyyarələrinin 2000 kilometrlik uçuş məsafəsindən söz açaraq, verlişin qonaqlarından olan sionist rejimin müharibə naziri Benni Qantz İranı İsrail üçün təhlükəsizlik təhdidi adlandırıb.

Verlişin digər qonağı olan sionist kəşfiyyat rəsmisi işğal olunmuş ərazilərin bugün Qəzzə zolağı da daxil olmaqla bir neçə cəbhədən təhlükə altında olduğuna işarə edib.

Daha bir sionist hərbi ekspert isə deyib: "Bir zamanlar Tehranın belə bir gücü və pilotsuz təyyarəni 1500-2000 kilometr məsafəni uçurmaq üçün texnoloji bacarığı yox idi, amma bugün bunun üçün praktiki gücə malikdir."

Aparıcı işğalçı sionist rejimin müharibə nazirdən İran PUA-larının Təl-Əviv üçün strateji təhlükə olub-olmadığını soruşduqda, Qantz cavab verib: "Şübhə yoxdur ki, pilotsuz təyyarələr ümumilikdə dünyada və xüsusən də Yaxın Şərqdə düşmənlərimizin səbətində əməliyyat amilidir. Biz bununla mübarizə aparmalıyıq. Geosiyasi və təhlükəsizlik strategiyası nöqteyi-nəzərindən İran pilotsuz təyyarələrinin yaratdığı təhlükə İsrail üçün həmişə əməliyyat ölçüləri olan mühüm təhdid olub və bizi kəşfiyyat, müdafiə, hücum və onlarla mübarizə aparmağa hazır olmağa məcbur edir."

Qantz etiraf edib ki, bu, nəinki İsrailin varlığını təhdid edir, həm də İsraili əsaslı şəkildə təqib edə bilər. Belə ki, strateji hədəfləri vura bilməkdə, mən bunu heç də kiçik hesab etmirəm.





İran pilotsuz təyyarələrinin 12 saat fasiləsiz uçduğunu qeyd edən aparıcı deyib: "Əvvəllər dronların yaratdığı təhlükənin səviyyəsini az adam başa düşürdü, amma bu gün əksəriyyət bunun yüksək zərərli gücə malik təhlükə olduğu ilə razılaşır."


Proqramın başqa bir hissəsində Yəmənin Ənsarullah Hərəkatının Səudiyyə Ərəbistanındakı Aramco neft obyektinə pilotsuz təyyarə hücumundan söz açılıb, hücum "nadir" və "dəqiq" olaraq xarakterizə edilib, Səudiyyə Ərəbistanına "əhəmiyyətli ziyan" vurulduğu qeyd olunub.








1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP