Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2022

ABŞ-da ticarət mərkəzində atışma: 9 yaralı var

ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) ticarət mərkəzində atışma nəticəsində azı doqquz nəfər xəsarət alıb.

CBS telekanalının yerli şöbəsinin şənbə günü polis nümayəndəsinə istinadla yaydığı məlumata görə, insident zamanı ticarət mərkəzində 100-ə yaxın insan olub. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralananların 17-24 yaş arasında olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, hadisə yerinin yaxınlığındakı küçələr bağlanıb, təhqiqat aparılır.


1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP