Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2022

Şeytanın abidə kələyi

İmam Sadiq (ə) buyurur:

Bəni İsraildə dünyanın heç bir ləzzətini dadmamış abid bir kişi var idi. Bir gün şeytan nərə çəkərək ordusunu toplayıb belə dedi:

- Kim bu abidi yoldan çıxara bilər?

Biri dedi: - Mən.

Şeytan soruşdu: - Necə?

Dedi: - Qadınların vasitəsilə.

Şeytan dedi: - Bacarmazsan. Bu abidin qadınlara marağı yoxdur.

Digəri dedi: - Mən bacararam.

Şeytan soruşdu: - Necə?

Dedi: - Ona şərabın və keflə yaxşı yaşamağın dadını göstərərəm.

Şeytan dedi: - Bacarmzsan. Onun belə işlərə meyli yoxdur.

Başqa biri dedi: - Mən bacararam.

Şeytan soruşdu: - Necə?

Dedi: - Yaxşı iş görməklə onu yoldan azdııraram.

Şeytan dedi: - Görünür, sən bu işi bacararsan.

Şeytancıq abidin yaşadığı məhəlləyə gedib onun yaxınlığında namaza başladı. Abid yatırdı, o yatmırdı. Abid istirahət edirdi, o etmirdi. Abid etdiyi ibadəti onun etdiyi ibadətin yanında kiçik gördü.

Soruşdu: - Ey Allahın bəndəsi! Sən bu qədər namaz qılırsan, bunu necə bacarırsan? Şeytan cavab vermədi.

Abid yenə soruşduqda şeytan cavabında dedi: - Ey Allahın bəndəsi! Günah işlətmişdim, sonra tövbə etdim. Hər vaxt həmin günah yadıma düşür, elə bil mənə güc-qüvvət gəlir. Mən də başlayıram namaz qılmağa.

Abid dedi: - Sən hansı günahı etmişdinsə, onu mənə de, mən də həmin günahı edim. Tövbə etdikdən sonra, gücüm artsın və daha çox namaz qıla bilim.

Şeytan dedi: - Filan şəhərə daxil ol. Orada filan əxlaqsız qadını xəbər al. Ona iki dirhəm verib, onunla yaxınlıq et.

Abid dedi: - İki dirhəmi hardan tapım? Ümumiyyətlə iki dirhəm nədir?

Şeytan ona iki dirhəm pul verdi.

Abid uzun libası ilə həmin şəhərə daxil oldu. Pozğun qadının evinin yerini soruşdu. Adamlar ona yolu göstərdilər. Onlar elə düşünürdülər ki, abid qadına nəsihət vermək üçün onun yanına gedir. Abid qadının yanına gedib iki dirhəmi ona verdi.

Qadın abidi evə dəvət etdi. Sonra ondan soruşdu: - Sənin kimi və bu şəkildə adamlar mənim yanıma gəlmirlər. Necə olub ki, sən bura gəlmisən? Mənə danış.

Abid başına gələnləri ona danışdı.

Qadın dedi: - Ey Allahın bəndəsi! Günahı tərk etmək tövbə etməkdən asandır. Tövbə etmək hər kəsə nəsib olmaz. Mənim fikrimcə, səni bura yönəldən adam şəklinə girmiş şeytandır.

Abid günah etmədən geri qayıtdı. Pozğun qadın həmin gecə öldü. Adamlar səhər həmin qadının qapısında bu yazının yazıldığını gördülər: "Bu qadın behişt qadınlarındandır. Onun cənazəsini dəfn etməyə hazırlaşın."

Camaat bilmədilər nə etsinlər. Üç gün gözləyib onu dəfn etmədilər. Allah-Təala peyğəmbərə (həmin dövrün peyğəmbərinə) belə vəhy göndərdi: "Cənazəni dəfn etmək üçün hazırlaş, o qadın üçün namaz qıl və göstəriş ver ki, camaat da onun üçün namaz qılsın. Mən onu həqiqətən bağışlamışam və cənnəti ona vacib etmişəm. Çünki həmin qadın bir bəndəmi günahdan qoruyub."

Əl-Kafi: c. 8, səh. 384, hədis 584


1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP