Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2022

Yunanıstan Türkiyəni hədələdi: Ən kəskin şəkildə cavab verəcəyik

Yunanıstanın baş naziri Avropa Şurası iclasının sonunda keçirilən mətbuat konfransında Yunanıstan və Türkiyə arasındakı münasibətlərə toxunaraq Afinanın Ankara ilə söz gərginliyi yaşamaq fikrində olmadığını bildirib.

"Ekathimerini" qəzetinin yazdığına görə, Kiryakos Mitsotakis Yunanıstanın istənilən təxribata və təhrikə faktlarla cavab verdiyini vurğulayaraq deyib: "Türkiyə Yunanıstanın suverenliyini şübhə altına alan aqressiv hücum ritorikasından çəkinməlidir."

"Suverenliyimizi qətiyyətlə müdafiə etməyə hazırıq" deyən Mitsotakis, Türkiyəni hər zaman "yaxşı niyyətlə dialoqda" iştirak etməyə çağırdığını bildirib.

Baş nazir gələn həftə keçiriləcək NATO sammitində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla Madriddə görüşməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıraraq deyib: "Hələ də inanıram ki, biz görüşüb danışmalıyıq. NATO sammiti məsələsində gündəm fərqlidir. Əmin olun ki, Afina təhrik edilsə, ən kəskin şəkildə cavab verəcək."


1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP