Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2022

İraqda 600 gənc kursantın qəssabı ələ keçdi

Ələ keçmiş İŞİD terrorçusu Darğam Abu Haydar Speyşer qətliamında 600 kursantı qətlə yetirdiyini etiraf edib.

Yaxın günlərdə səkkiz il əvvəl, yəni 2014-cü ildə İŞİD terror qruplaşmaları tərəfindən həyata keçirilən Speyşer qətliamı ilə bağlı itkin düşmüş şəxslərin işinə yenidən baxılacaq.

2000-ə yaxın zabit və hərbi işçinin qurbanı olduğu Speyşer qətliamı dosyesinin yenidən açılması Həşd-Şəbi qüvvələrinin İŞİD-in bu qətliamda iştirak etmiş ən cinayətkar üzvü Darğam Abu Haydarı həbs etməsindən sonra baş tutur.

İlkin araşdırma göstərir ki, terrorçu Darğam Abu Haydar Speyşer düşərgəsində 600 zabit və kursantı edam etdiyini etiraf edib. Bundan əlavə, onun mobil telefonunda bu cinayətlərdə iştirakını sübut edən videogörüntülər tapılıb.

Terrorçunun etirafı təhlükəsizlik qüvvələrini həmin cinayətin bu günə qədər üstü açılmayan kütləvi məzarlıqlarına yönəldib.

Speyşer, Salahəddin əyalətinin Tikrit şəhərində Hərbi Hava Qüvvələri İnstitutunun yerləşdiyi hərbi bazadır. 2014-cü il iyunun 12-də bu institutun çoxlu sayda zabiti mülki geyimdə və silahsız olaraq evlərinə qayıdarkən Bağdad yaxınlığındakı bir yerə çatmaq üçün maşın gözlədikləri vaxt silahlı terrorçuları daşıyan maşınlar onlara doğru gəlir və onları Əl-Əvcə bölgəsindəki prezident sarayına aparırlar. Onların hamısını həmin yerə çatan kimi qətlə yetirirlər.

Speyşeri Anma Komitəsinin sədri Müin Əl-Kazimi ötən ay keçirdiyi mətbuat konfransında silahlı qüvvələrə bağlı 2000-dən çox insanın bu cinayətdə İŞİD terrorçu ünsürləri tərəfindən qətlə yetirildiyini bildirib. O, həmçinin bu qətliamla bağlı indiyə kimi 15 məzarın tapılmasını və onun qurbanlarından 1500 cəsədin aşkar edilməsini və Bağdaddakı məhkəmə tibbi ekspertizasına təhvil verilməsini qeyd edib.

Əl-Kazimi həmçinin bildirib ki, 1250 cəsədin şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilib. İtkin düşənlər arasında isə 500 şəhid var.


1862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP