Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2022

İran Rusiyaya 3 milyard dollarlıq tikinti materialı ixrac edəcək

Xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Məhdi Səfəri Rusiyanın xarici işlər nazirinin İrana səfəri ilə bağlı jurnalistlərə verdiyi açıqlamada bu il İran və Rusiya arasında ticarət əlaqələrinin həcminin 5 milyard dollara qaldırmağa təlaş etdiklərini bildirərək deyib: "Rusiyanın tikinti materiallarının tədarükü ilə bağlı bizə çoxlu müraciətləri vardır və bununla bağlı bizə siyahı təqdim edib."

Qeyd edək ki, Mehdi Səfəri şənbə günü Şimali Xorasan valisi ilə görüşdə Rusiyaya tikinti materialları ixrac edilməsinin təfərrüatlarını açıqlayaraq deyib: "Rusiyaya 3 milyard dollarlıq tikinti materialı ixracı nəzərdə tutulur."

Səfəri həmçinin iki ölkə arasında ticarət, tranzit, energetika və digər sahələrdə əməkdaşlığı genişləndirmək haqqında razılaşmalara toxunub, tranzit sektorunda yüksək səviyyəli nümayəndə heyətinin Rusiyaya səfər edəcəyini bildirərək əlavə edib: "Hazırda Şimal-Cənub dəhlizi ilə Hindistandan mallar Mərkəzi Asiya, Rusiya və Qafqaza tranzitlə daşınır. Bu il sözügedən sahədə tranzit həcmini 15 milyon tondan 20 milyon tona çatdırmağa səy edilir."

O, Rəşt-Astara dəmir yolu ilə bağlı da deyib: "Bu sahədə ikitərəfli və ya üçtərəfli işlərin görülməsi nəzərdə tutulub. Cənab Lavrov Azərbaycana səfəri zamanı bu layihədə əməkdaşlıq üçün Azərbaycan hakimiyyəti ilə danışmalıdır. Danışıqlar səmərəli olarsa, üçtərəfli qaydada izləniləcək. Azərbaycan əməkdaşlığa qərar verməsə, layihəni İran və Rusiya birgə həyata keçirəcək."


2226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP