Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2022

Şüeybin (ə) qızı əmanətdar insanın nişanəsini açıqlayır

İmam Əli (ə) buyurdu:

Həzrət Şüeybin (ə) qızları atalarının yanına döndükləri zaman, onlara dedi:

- Tez qayıtmağınızın səbəbi nədir?
Onlar Musanın (ə) əhvalatını danışdılar, lakin onu tanımırdılar. Şüeyb (ə) onlardan birinə dedi: - Onun yanına get. Buraya çağır və qoyunlara su verdiyinə görə ona hədiyyə vermək istədiyimi söylə.

Şüeybin (ə) qızı Musanın (ə) yanına qayıtdı. Mütəal Allah Qurani-kərimdə bu barədə buyurur: "Həya ilə yol getdi" və dedi: - Atam səni çağırır və qoyunlara su verdiyinə görə sənə hədiyyə vermək istəyir.

Musa (ə) qızla birlikdə getmək üçün ayağa qalxdı. Qız irəlidə gedirdi və külək paltarının ətəyini qaldırırdı.

Musa (ə) ona dedi: - Mənim arxamca gəl, (lazım olan vaxt yolu göstərmək üçün) yerdəki qumu irəli at ki, yolu göstərəsən. Biz qadınların arxasınca baxmayan bir camaatıq.

Musa (ə) Şüeybin (ə) yanına gəldi. Öz əhvalatını Şüeybə (ə) danışdı. Şüeyb (ə) ona dedi: - Qorxma! Zalımların əlindən qurtuldun.

Qızlardan biri dedi: - Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam, (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır! ("Qisəs" surəsi, ayə 25-26)

Şüeyb (ə) qızına dedi: - Güclü olmağını quyudan tək su qabını çəkməyindən bildin, bəs əmanətdar olmağını haradan bilirsən?

Qız dedi: - Mənə deyəndə: "Mənim arxamca gəl və yol göstər. Biz qadınların arxasınca baxmayan bir camaatıq", bildim ki, o, qadın dalınca baxmayan şəxslərdəndir. Bu, əmanətə sədaqətin nişanəsidir. ("Təfsirül-Qummi", c, 2, səh. 138)



İmam Kazim (ə) Şüeybin (ə) qızının atasına dedikləri haqda Allahın buyurduğu: "(O iki qızın) biri dedi: - Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!" ayəsi barəsində buyurdu:

Şüeyb (ə) qızına dedi: - Qızım! Bu kişinin (Musanın) güclü olduğunu daşı qaldıranda bildin, bəs əmanətdar olduğunu haradan bilirsən?

Qızı dedi: - Atacan! Mən ondan irəlidə yol getmək istədim. Mənə dedi: - Arxamca gəl və əgər yolu düz getməsəm mənə yolu göstərərsən. Çünki, biz qadınların dalınca baxmayan bir camaatıq. ("Mən layəhzəruhul-fəqih", c. 4, səh. 19)


1758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP