Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2022

Rusiyada LGBT qadağan olunur, cəza sərtləşdirilir

Dövlət Dumasının komitəsi Rusiyada yaşından asılı olmayaraq qeyri-ənənəvi münasibətlərin təbliğatının qadağan olunmasını təklif edib.

Bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Aleksandr Xinşteyn bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyada LGBT təbliğatına qoyulan qadağa yalnız uşaqlara aiddir. Deputatın fikrincə, bu, kifayət deyil.

“Müvafiq təşəbbüslər Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi tərəfindən əvvəllər də işlənməyə başlanılıb. Payız sessiyasında bunun açıq müzakirəsini keçirməyə hazır olacağıq”, - Xinşteyn bildirib.

Xinşteyn həmçinin bildirib ki, komitə ümumilikdə təbliğatın yayılmasının tamamilə qadağan edilməsini və qadağanın pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsini təklif edir. Bundan əlavə, deputat həm də pedofiliyanın təbliğinə görə məsuliyyətin sərtləşdirilməsini istəyiblər.

“Bunu son dərəcə vacib hesab edirəm: təkcə Dövlət Dumasının müvafiq komitəsinin sədri kimi deyil, həm də iki oğul atası kimi”, – deputat qeyd edib.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Rusiyada qeyri-ənənəvi dəyərlərin təbliğatına qadağa qoyulmasını təklif edib. Onun sözlərinə görə, Rusiya Avropa Şurasından çıxdıqdan sonra eynicinsli nikahların qanuniləşdirilməsi tələbləri artıq keçmişdə qalıb.


1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP