Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2022

Yəmən: Müharibənin bitməsi və blokadanın götürülməsindən başqa heç bir şey bizi qane etməyəcək

Yəmənin Ali İnqilab Şurasının rəhbəri ABŞ-a səslənərək bildirib ki, Amerikanın qərarlarının Yəmən hakimiyyəti üçün heç bir dəyəri yoxdur.

Siyasi Şuranın yüksək vəzifəli üzvü və Yəmən İnqilabının Ali Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi Ərəbistanda səfərdə olan Co Baydenin sözlərinə cavab olaraq bildirib ki, Səna Yəmənə qarşı Amerika, İngiltərə, Ərəbistan və BƏƏ-nin təcavüzü və blokadasının sona çatmasından başqa heç nəyi qəbul etməyəcək.

Bayden dünən Ciddədə bildirib ki, Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsin uzadılmasına razılaşıb.

Əl-Husi bu haqda öz Twitter səhifəsində yazıb: "Hər nə haqda istəyirsiniz qərar verin, bizim işlərimiz öz əlimizdədir və siz bunu bilirsiniz."


1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP