Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2022

Livanda sionist rejimə aid PUA sərnigun oldu

Livan xəbər mənbələri sionist rejiminə məxsus pilotsuz təyyarənin yerə düşməsi barədə məlumat yayıb.

"Əl-Nəşrə"-nin verdiyi xəbərə görə, bu PUA Livanın cənubunda yerləşən "Əl-Vəzani" bölgəsində yerə düşüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Ötən ay da sionist rejimə məxsus "Sky Lark" tipli PUA Livanın cənubunda yerləşən Eita əl-Şəəb və Remita şəhərləri arasında yerə düşmüşdü. Bununla əlaqədar olaraq, sionist rejimin hərbi hava qüvvələrinin komandanı Amikam Nurkin ötən ayın aprelində etiraf etmişdi ki, Təl-Əviv artıq Livan üzərində üstünlüyə malik deyil.

Nurkin qeyd edib ki, "İsrail" təxminən bir il əvvəl pilotsuz təyyarələrindən birinin hava hücumu əleyhinə raketlə vurulmasından sonra Livan üzərində kəşfiyyat uçuşlarını azaldıb.

Nurkin ötən il sentyabrın 30-da Livan Hizbullahı tərəfindən sionist pilotsuz təyyarənin vurulmasına işarə edib. Belə ki, sionist rejim ordusunun o zamankı sözçüsü Avixay Adrei həmin pilotsuz təyyarənin vurulmasını təsdiqləyib.

Livan Hizbullahı həmin gün verdiyi bəyanatda saat 13:55-də sionist pilotsuz təyyarəni vurduğunu elan edib.

Qeyd edək ki, hərbi hava sahəsində son ardıcıl uğursuzluqların ardınca Nurkinin hərbi hava qüvvələrinin komandanlığını Tomer Bara təhvil verərək, uşaq qatili olan sionist rejim ordusunda 37 illik fəaliyyətinə son qoyması gözlənilir.


1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP