Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2022

İraqın Baş naziri: Türkiyənin təcavüzünə cavab veriləcək

İraqın baş naziri Mustafa Kazimi bu gün axşam (çərşənbə günü) Türkiyənin İraqın şimalında istirahət mərkəzinə artilleriya hücumu etməsinə və onlarla dinc insanı qətliam etməsinə reaksiya verib.

Baş nazir Twitter hesabında bəyanat verib: "Bu gün (çərşənbə axşamı) Türkiyə silahlı qüvvələri İraqın Kürdüstan bölgəsindəki Dəhuk vilayətinin turizm mərkəzlərindən birinə artilleriya hücumu ilə növbəti dəfə İraqın suverenliyinə, İraq vətəndaşlarının həyatına və təhlükəsizliyinə açıq-aşkar təcavüz edib. Bu təcavüz nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla çoxlu sayda müdafiəsiz mülki şəxs şəhid olub və yaralanıb.

Bu qəddar təcavüz sübut edir ki, Türkiyə tərəfi İraqın ölkə ərazisinə və iraqlıların həyatına qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı davamlı tələblərinə məhəl qoymayıb."

Baş nazir İraqın mehriban qonşuluq prinsipinə sadiqliyini vurğulayaraq bildirib ki, bu ölkə öz qonşularını işğal etmək üçün İraq torpaqlarından istifadəni qəti şəkildə rədd edir və eyni zamanda, İraq vətəndaşlarını təhdid edən və İraq ərazisinə təcavüz edən təhlükəsizlik bəhanələrini qəbul etmir.

Kazimi vurğulayıb: "İraq bu təcavüzlərə cavab vermək hüququnu özündə saxlayır, bu ölkənin xalqını qorumaq və davamlı gərginliyin nəticələrini təcavüzkara qəbul etdirmək üçün bütün lazımi tədbirləri görəcək."

İraq mənbələrinin bu gün (çərşənbə) bildirdiyinə görə, Türkiyə təcavüzkar qüvvələrinin İraqda turizm mərkəzini artilleriya atəşinə tutması nəticəsində 8 nəfər turist həlak olub və 23 nəfər yaralanıb.


1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP