Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2022

ABŞ: Biz İran pilotsuz təyyarələrinin dağıdıcı gücünü öz gözümüzlə görmüşük

CBS telekanalının məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib: "Amerika ordusu və qüvvələri İran pilotsuz təyyarələrinin dağıdıcı və öldürülcülük gücünü yaşayıb."

O, İran pilotsuz təyyarələrinin Rusiyaya satılmasının mümkünlüyü ilə bağlı sualın cavabında deyib: "İran pilotsuz təyyarələrinin Rusiyaya satıldığını təsdiq edən heç bir məlumatımız yoxdur. Amma bu o demək deyil ki, Rusiya bu tip silahları almağa can atmayacaq."

Amerikalı məmur daha əlavə edib: "İran PUA hazırlamaq üçün yerli imkanlara malikdir. Bu dronların dağıdıcı və öldürücü gücləri var. Biz o dronların imkanlarını öz gözümüzlə görmüşük. İraq və Suriyadakı qüvvələrimizə və qurğularımıza qarşı həyata keçirdikləri hücumlarda. Ona görə də biz bu məsələni yaxından izləyirik və ciddi yanaşırıq."


1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP