Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2022

İranın Hərbi Dəniz Qüvvələrinin komandiri: Biz təkcə Qırmızı və Aralıq dənizləri deyil, iradəmiz olan hər yerdə mütləq olacağıq

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani "Əl-Aləm" telekanalına verdiyi ətraflı müsahibəsində Hərbi Dəniz Qüvvələrindəki struktur dəyişiklikləri, İHA donanmasının açılışı, İranın Qırmızı dənizdə mövcudluğu və dəniz qüvvələrinin son nailiyyətləri barədə danışıb.

Admiral İranın Aralıq dənizində iştirakının sionist rejim tərəfindən qınanmasına da cavab verərək deyib:

"Dünyanın digər ölkələri kimi bizim də dənizdə maraqlarımız var. İlk növbədə və ən sadə marağımız ticarət və neft daşınması sahəsində fəaliyyət göstərən gəmiçilik xətlərimizin və dənizçilərimizin dəstəyə ehtiyacı var. Bunlarla yanaşı, bəzən təkəbbürçülük hadisələri yaranır ki, biz ona cavab verməli oluruq.

İranın Qırmızı dənizdə mövcudluğu və sionist rejimin iddiaları ilə bağlı deməliyəm ki, görünür, onlar dərin yuxuda olublar və yuxudan çox gec oyanıblar. Qırmızı dənizdə mövcudluğumuz yeni bir şey deyil. İyirmi ildir ki, Hind okeanının şimalında davamlı iştirakımız vardır. Bu adama xatırlatmalıyam ki, bir az tarix oxumağınız pis olmazdı və təbii ki, hərbi biliklərinizi artırın. Biz Süveyş kanalını üç mərhələdə keçmişik. Bu o deməkdir ki, biz təkcə Qırmızı dənizdə deyil, Aralıq dənizində də olmuşuq və yenə də olacağıq.

Dənizlər qapalı ərazilər deyil, digər tərəfdən, biz bir çox sahillərə sahiblik edirik. Bundan əlavə, lazımi avadanlıq və ləvazimatlarımız da var. Ona görə də təkcə Qırmızı dəniz və Aralıq dənizi deyil, iradəmiz və tədbirimiz olan hər yerdə mütləq olacağıq. Əgər kimsə təzə yuxudan oyanıbsa da, bundan bir narahatlığımız yoxdur. Biz istədiyimiz yerə gedəcəyik. Bizim mövcudluğumuz daimidir və inanırıq ki, bu, davamlı olmalıdır. Çünki biz bir məqsəd güdürük, o da insanların təhlükəsizliyi və rahatlığıdır.

İnsanların təhlükəsizliyinin təmin olunmasına gəlincə, onların iranlı olmasının bizim üçün çox da fərqi yoxdur. Bizim (dənizdə) 276-dan çox birbaşa döyüşümüz olub və gəmiləri bu döyüşlərdə xilas etmişik və ya onların dəniz quldurlarının əlinə düşməsinə, dəniz terrorizminin əsiri olmasına imkan verməmişik. Ona görə də beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təqdir olunmuşuşq. Biz hər kəsə sülh və əmin-amanlıq hədiyyə etmişik. Bu, elan edilmiş və davam edəcək bir siyasətdir."


906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP