Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2022

Laçında əsgərimiz şəhid olub

Qanunsuz erməni silahlı dəstələri Laçın istiqamətində atəşkəsi pozub, Azərbaycan əsgəri şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Allah rəhmət etsin!


879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP