Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2022

Bəni-Haşimin ilk şəhidi

Əli Əkbər (ə) kimi bir övladı əldən vermək o qədər də asan deyildi. O, Peyğəmbərə (ə) bənzəyirdi və Hüseyn (ə) onu görəndə babası Rəsulullahı (s) xatırlayırdı. Aşura günü Bəni-Haşim nəslindən düşmənlə döyüşə gedən ilk şəxs Əli Əkbər (ə) oldu. O döyüşərək şəhid oldu. Əli Əkbər (ə) İmamın (ə) böyük oğlu idi. O, atından yerə yıxılanda bibisi Zeynəb (ə) sürətlə xeymədən çıxdı və meydana qaçaraq özünü Əli Əkbərin (ə) cənazəsinin üstünə atdı. Hüseyn (ə) onun yanına gəldi və əlindən tutaraq xeyməyə qaytardı. Sonra özü oğlunun yanına qayıtdı. Üzünü Əli Əkbərin (ə) üzünə qoyub dedi: "Oğlum, səndən sonra dünya viran olsun".

İmam (ə) cavanlara buyurdu: "Qardaşınızın cənazəsini buradan aparın".

Əli Əkbər (ə) özünün şəhadət xəbərini Kərbəlaya çatmazdan qabaq atasının dilindən eşitmiş və bu xəbərə çox sevinmişdi. O, İmamın (ə) ordusunun əsas adamlarından hesab olunurdu, aşura gecəsi xeymələrə su gətirmək ona tapşırılmışdı.

İmamın səhabələrinin qeyrəti icazə vermirdi ki, onlar sağ olduqları halda Bəni-Haşimdən kimsə döyüşə getsin. Artıq səhabələrin hamısı şəhid olmuşdu. İmamın ailəsindən və qohumlarından başqa heç kəs qalmamışdı. Əli Əkbər (ə) döyüşmək üçün atasından icazə istədi. İmam ona icazə verdi, sonra məyus halda baxdı və başını aşağı salaraq ağladı: "İlahi, Sən Özün şahid ol! Onlara tərəf həm əxlaqda, həm görkəmdə, həm də danışıqda Peyğəmbərinə (s) hamıdan çox oxşayan şəxs gedir. Biz nə zaman Peyğəmbərin (s) simasını görmək istəsəydik, onun üzünə baxardıq" - dedi.

Əli Əkbər (ə) düşmən ordusuna yaxınlaşdı və şiddətli döyüş başladı. O, düşmənlərdən bir neçəsini öldürdükdən sonra uca səslə buyurdu: "Mən Hüseynin oğlu Əliyəm. And olsun Kəbəyə! Mən Peyğəmbərə (s) Şimrdən, Ömər ibn Səddən və ibn Ziyaddan çox yaxınam. Nəsəbi bilinməyən ibn Ziyad bizə hökmranlıq edə bilməz".

Ağır döyüşdən sonra Murrə ibn Munqiz nizə ilə o həzrəti vurdu. Əli Əkbər (ə) atdan yıxıldı və ucadan dеdi: "Ata can, salam olsun sənə! Elə indicə babam Rəsulullah (s) sənə salam göndərir və dеyir: "Еy Hüsеyn, tеz bizim yanımıza gəl!" Düşmən əsgərləri ac kaftarlar kimi hər tərəfdən onu mühasirəyə aldılar. Öldüyünə əmin olduqdan sonra qılınclarını çəkib bədənini tikə-tikə doğradılar. Sanki Əlidən (ə) intiqam almaq üçün neçə illər idi ki, bu anı gözləyirdilər.

Əli Əkbərdən (ə) sonra Hüseyn (ə) Bəni-Haşimin digər cavanlarına da döyüş izni verdi. Həzrət onlara buyurdu: "Ölüm qarşısında dözümlü olun. Allaha and olsun! Bu gündən sonra daha zillət görməyəcəksiniz".

"Sarəllah" kitabından, səh. 59


879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP