Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2022

Xeymələrin qarət olunması

Ömər ibn Sədin qoşunu xeymələrə hücum etdi. Od və tüstü hər tərəfi bürümüşdü. Qadınlar ağlayır, uşaqlar qaçışırdı. Döyüşdən sonra növbə qarətə çatmışdı. Qəsavət və daşürəklik hökm edirdi. Qadın və uşaqlar xeymələrdə olduqları halda onlara od vurdular. Bu, qarətdən sonra vurulan son od idi. Rəsulullahın (ə) qızları xeymədən çıxdılar. Alov onların ardınca gəlirdi. Küfr qoşununun Kərbəlada Peyğəmbər (s) ailəsinə vurduğu son zərbə xeymələrin yandırılması idi.

Kufəlilər əvvəl dəvələri və qiymətli geyimləri yağmaladılar, sonra karvanın digər əmlakını qarət etdilər. Onlar qarət üçün hətta qadınların üst geyimlərini də almaqdan çəkinmirdilər. O namərdlərdən biri İmam Hüseynin (ə) qızı Fatimə olan xeyməyə girdi. Onun gözü qızın ayağındakı xalxala düşdü. Fatimənin ayağından xalxalı zorla dartıb çıxarır və ağlayırdı. Qorxmuş qız onun ağlamasına təəccüblənərək soruşdu:

- Nə üçün ağlayırsan, ey Allahın düşməni.

O dedi: - Necə ağlamayım, halbuki Peyğəmbərin (s) övladının zinət əşyalarını qarət edirəm.

Fatimə dedi: - Onda qarət etmə.

O belə cavab verdi: - Mən aparmasam, başqası gəlib aparacaq.

Ömər ibn Sədin qoşunu gözlərinə dəyən hər şeyi qarət etdi. Bu işdə bir-birləri ilə yarışırdılar. Peyğəmbər (s) ailəsinin qızları isə öz əzizlərinin ayrılığına ağlayırdılar. Yetim qalmış uşaqlar oddan və düşmənin zülmündən qorunmaq üçün Zeynəbin (ə) ətəyindən yapışırdılar. Bəziləri də canlarını qorumaq üçün tikanla dolu qızmar səhrada dörd tərəfə qaçdılar. Onların bəzisi səhrada itdi.

"Sarəllah" kitabından, səh. 69


830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP