Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2022

Kərbəla şəhidlərinin başlarının Şama göndərilməsi

İbn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı.

Şam yolunda

Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir:

1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır.

2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur.

3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir.

"Danişnameyi-İmam Hüseyn (ə)" kitabında geniş izah edildiyi kimi, mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Şamlıların əsir karvanını qarşılaması

Karvan Şama yaxınlaşdı. Yezid hamını şəhərin meydanına topladı. Əsirlər şəhərin meydanına daxil oldu. Oraya toplaşanlar Yezidi qələbə münasibətilə təbrik etdilər.

Bura Əməvilərin paytaxtı Dəməşq, yəni Şam şəhəridir. Əsirlər Şama çatanda gündüz idi və onların hamısının üzü açıq idi. Hüseynin (ə) başı onların arasında nizədə idi. Əsirlərdən başa baxıb ağlayan hər kəsi qamçı ilə vururdular. Cəfakar şamlılar Peyğəmbər (s) övladlarına tamaşa etmək üçün meydana toplaşmışdı və onlara hörmətsizlik edirdilər. Saraya çatanda Yezidin göstərişi ilə Hüseynin (ə) mübarək başını məsciddən asdılar. İmamın (ə) başı üç gün orada qaldı.

"Sarəllah" kitabından, səh. 127-129


835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP